4-cü DokuBaku festivalının bu ilki proqramı çox güclüdür
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstək verdiyi DokuBaku festivalının bu ilki proqramı həm məzmun, həm də bədii səviyyəsinə görə çox yüksəkdir.
Tammetrajlı sənədli film proqramı üzrə münsiflər heyətinin üzvü, rejissor Əli İsa Cabbarov bildirib ki, münsif heyəti olaraq bu filmlərin nümayişində iştirak etmək imkanı qazandığıma görə təşkilatçılara minnətdaram: “Kinematorafçılar İttifaqı olaraq həmişə festival hərəkatlnı dəstəkləyəcəyik. Xüsusilə Bakudoku-nun sənədli kinomuzun inkişafında oynadığı rolu nəzərə alaraq hər il əməkdaşlıq etmək əzmindəyik. Kinosevərləri dokubaki.az saytının yaratdığı unikal imkana, filmləri seyr etmək imkanını qaçırtmamağı məsləhət görürəm. Çünki bu filmlər son illərdə dünya sənədli kinosunun ən güclü nümunələridir. Burda çox aktual mövzular var, robotlaşmanın gətirə biləcəyi təhlükədən tutmuş qaragüruhçu baxışların gətirə biləcəyi facilərədək”.
Ə.İ.Cabbarov onu da qeyd edir ki, filmlərə baxdıqca öz sənədli kinomuzun vəziyyəti haqda düşünürdüm və məndə şoxlu suallar əmələ gəlirdi: “Niyə tammetrajlı sənədli kino ənənəmiz yoxdu? Niyə sənədli kinomuzda mövzu kasadlığı var? İnkişaf üçün nə etmək lazımdır? İttifaqda keçirəcəyimiz müzakirələr silsiləsinin növbəti mövzusu bu olacaq . Kinematoqrafçılar İttifaqı olaraq sənədli kinomuzun durumunu daim nəzərdə saxlayacağıq. Çünki bu təkcə kino və sənət məsələsi yox həm də cəmiyyətimizin inkişafı məsləsidir”.
Qeyd edək ki, dokubaku.az saytında proqram bölməsinə keçdikdə orada kateqoriyalara, daha sonra isə hər film üçün ayrıca bir səhifəyə keçə biləcəksiniz. Səhifələrin hər birində film barədə qısa məlumat, filmin treyleri və -indi bax- düyməsi görəcəksiniz. -İndi bax- düyməsinə klik etdikdə siz dafilms.com platformasına keçid edə bilirsiniz. Platforma ödənişli sənədli film nümayişləri təqdim etsə də, yalnız AZƏRBAYCANdan sayta daxil olub qeydiyyatdan keçən izləyicilər məhz DOKUBAKU filmlərini ÖDƏNİŞSİZ izləyə biləcək. Lazım olan sadəcə sayta daxil olduqdan sonra orada qeydiyyatdan keçmək və hesabınıza daxil olmaqdır. Ardınca siz filmləri ödənişsiz və altyazı ilə izləyə biləcəksiniz.
aki.az