Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən  Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edilib.

Sərəncamda qeyd edilir ki;

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2020-ci il.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Baba müəllimi “Şöhrət” ordeni alması münasibətilə səmimi qəlbdən təbrik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı