AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ KATİBİ RASİM BALAYEVİN AD GÜNÜDÜR

Kinosevərlər onu ilk dəfə “Ulduzlar sönmür” əsərində kiçik bir rolda gördülər. O qədər də diqqəti çəkməyən kiçik həcmli rolda aktyorun söz demək, özünü tam olaraq göstərmək imkanları az olsa da, məhz Həsən Seyidbəyli kimi kinorejissor bu yaraşıqlı gəncin daxili potensialını üzə çıxarmaq üçün onu Nəsimi kimi Azərbaycan  üçün önəmli olan bir şəxsiyyətin portret obrazında görür və bütün maneələrə baxmayaraq israrla Rasim Balayevi obraza təsdiq edir…

Nəsimi obrazında milyonların sevgisini qazanan aktyor sonralar bütün rejissorların diqqətində dayanır və ardı-arası kəsilmədən müxtəlif janrlı filmlərdə əsasən müsbət obrazlara imza atır – “Babək”, “Dədə Qorqud”,Qatır Məmməd” və s. filmlərdə bir-birindən maraqlı rollar oynayır.

Rasim Balayev yaradıcı fəaliyyətini sonralar Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında davam etdirir. İttifaqın katibi olaraq həyata keçirilən onlarla layihələrdə, tədbirlərdə, kinematoqrafçılar üçün hazırlanan proqramların həyata keçirilməsində böyük rol oynayır. Eyni zamanda dəvət aldığı filmlərə də çəkilir.

Rasim Balayev yaradıcılığı, şəxsiyyəti ilə daima diqqət mərkəzində dayanıb, dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, fəxri titullara layiq görülüb.

Əziz Rasim müəllim, bu gözəl gündə sizə can sağlığı yeni-yeni obrazlar arzulayırıq.

Ad gününüz mübarək olsun!

Azərbaycan Kinematoqrafçılar İttifaqı