Bu gün Zülfiyyə Qurbanovanın ad günüdür
4 dekabr Bakı Bələdiyyə Teatrının aktrisası, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zülfiyyə Qurbanovanın dünyaya göz açdığı gündür.
Z.Qurbanova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təhsilini bitirdiyi ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir.
Tələbəlik illərində görkəmli rejissor Ağakişi Kazımovun kursunda təhsil alan aktrisa elə onun tövsiyyəsi ilə Bakı Bələdiyyə Teatrını seçib. Bəhs etdiyimiz teatrda saysıq obrazlara imza atıb. Aktrisa teatr faəliyyəti ilə yanaşı, seriallarda, filmlərdə də rol alıb.
Z.Qurbananova qeyd edir ki, seriallar onu kütlə arasında tanıdıb ki, bunu da inkar eləmək olmaz: “Azərbaycanda serial çəkilişləri artmağa başlayandan bəri, demək olar ki, mütəmadi hər il bir seriala çəkilirəm. Filmlərdə də, seriallarda da mən özüm üçün çox şey kəşf eləmişəm. Teatrın öz yeri var. Mən teatra gedəndə bilirəm ki, artıq teatrdayam, bu rol mənimdi və bunlardan ibarətdi: qəhrəman qadındı, yardımsevərdi və mərddi və s. Son tamaşamız olan “Nargin faciəsi”ndə tarixi şəxsiyyəti – Sona xanım Hacıyevanın obrazını canlandırmışam. Öz dövrünün maarifçi, tərəqqipərvər xanımlarından biri olub. Məni səhnədə o rolda görənlər deyirdilər ki, sən olduğuna inanmırıq, sən elə teatr aktrisasısan, kinoaktrisa deyilsən. Filmdə görənlərsə teatrda necə oynadığımı soruşurlar”.
Aktrisa istər teatrda, serillarda, istərsə də filmlərdə (“Hörümçək toru” (serial-Nərgiz rolunda), “Susmuş vicdan” (serial- Seva)
“Cinayət və cəza” (qısametrajlı bədii film), “Dalan” ( tammetrajlı bədii film-ev yiyəsi), “Tabutçunun yelləncəyi” (qısametrajlı bədii film), “Son hədd” (serial-Sevinc), “Həyat varsa” (serial), “Tək olanda qorxma” (serial-jurnalist qız), “Həyat sən nə qəribəsən” (serial -Ağcaxanım), “Mövsümün sonu” (tammetrajlı bədii film) və s.) oydağı müxtəlif səpgili rollara tamaşaçı marağını özünə çəkə bilib. Xüsusilə rejissor Elmar İmanovla birgə işlədiyi “Tabutçunun yelləncəyi” və ““Mövsümün sonu” filmlərində oynadığı rollar onun aktrisalıq istedadını tam oıaraq açıb göstəriri və hər iki film bir çox dünya ölkələrində nümayiş olunaraq uğur qazanıb. Rejissorlar tərəfindən kəşf olunan aktrisanı qarşıda yeni-yeni obrazlar silsiləsi gözləyir.
Azərbaycan Kinematoqrafçıları İttifaqı adından Zülfiyyə Qurbanovanı ad günü münasibətilə təbrik edir və yaradıclıq uğurları arzulayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı