İstedadlı kino prodüseri İlqar Musayev ağır xəstəlikdən dünyasını dəyişib

Kinoprodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü İlqar Musayev ağır xəstəlikdən ötən gecə dünyasını dəyişib. Əldə olunan məlumata görə, kinoprodüser beyin xərçəngindən əziyyət çəkirmiş…

Xatırladaq ki, İ.Musayev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında prodüser vəzifəsində çalışırdı. Bir çox filmlərdə, o cümlədən “Cavanşir” (2002, animasiya filmi), “Basat və Təpəgöz” (2003, animasiya filmi), “Bəyaz həyat” (2003, bədii serial), “Arxada qalmış gələcək” (2004, tammetrajlı bədii film) “Qızıl” (2004, animasiya filmi) , “Ərazi” (2005, qısametrajlı bədii film), “Əlvida, cənub şəhəri” (2006, tammetrajlı bədii film), “Cavid ömrü” (2007, tammetrajlı bədii film) filmlərində inzibatçı və kinoprodüser kimi işləyib. Yerli və xarici çəkiliş heyətlərindəki işi ilə İlqar özünü istedadlı prodüser, sənətə sadiq peşəkar kimi göstərmişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti mərhumun vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.

Allah rəhmət etsin!