Murad Yegizarov-80

İnsan taleyi bəzən təsadüflərlə, bəzən qəribəliklərlə, bəzən isə sanki baş vermiş hadisələrin canlı şahidi kimi olduğu həqiqətlərlə doludur. Xüsusilə sənət dünyasına üz tutmuş insanların həyatı bir başqa duyğular üzərində köklənir. Yəqin ki, bu səbəbdən “Aktyorlar seçilmişlərdir” ifadəsi işlədilir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Murad Yegizarov belə seçilmişlərdən biridir.
…Orta məktəb illərində dram dərnəyində iştirakı və dövrün görkəmli aktyoru Ələsgər Ələkbərov tərəfindən ifasının izlənilməsi, böyük aktyorun məsləhətilə peşə seçimi etməsi onun sənət yolunu müəyyənləşdirib. Aktyorun teatrdakı, kinodakı fəaliyyəti daima diqqətdə dayanıb, müxtəlif janrlı tamaşalarda, filmlərdə maraqlı ifalar nümayiş etdirib, cansız obrazlarda Murda Yegizarov səviyyəsindən çıxış edərərk ona insan taleyi yükləyib. Hətta oynadığı ikinci dərəcəli rolları belə baş rol səviyyəsinə yüksəldib. Sadəcə Azərbaycanda deyil, eyni zamanda əcnəbi ölkələrdə də(Almaniyada 3 bədii filmə çəlkilib-“Şpeyer və O”, “Şübhə altında”, “Məkkə”)
Bir aktyor kimi ədəbi dil qaydalarına daima riayət edən Murad Yegizarov özünə qarşı çox tələbkardır, əxlaq normalarına diqqət yetirir, aktyorluq səviyyəsini yüksək tutur, “Sənət birinci yerdə olmalıdır, sonra əlavə işlər” fikrini irəli sürür və buna əməl edir. Sənət xatirələrini-sənətin peşəkarları ilə olan ünsiyyətini, onlarla olan əməkdaşlığını, bir sözlə, illərlə müşahidə etdiklərini qələmə alıb.
Önəmli faktlardan biri də odur ki, aktyor ömrün bəlkə hər yaş dövründə digər ölkələrdən iş təklifləri alsa da, qəbul etməyib, “Vətənim indi ən ağır günlərini yaşayır, bəlkə elə bir vəziyyət yarandı ki, mən də əlimə silah alıb doğmalarımı müdafiə etməli oldum, ona görə Azərbaycanı tərk etmədim” deyib.
Yaxşı ki, tərk etməmisiniz Murad müəllim, yoxsa bu qədər obrazlar silsiləsi necə yaranardı, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin (“Arşın mal alan, “İnsan məskən salır”, “Bağ mövsümü”, “Böyük dayaq”, “Bir cənub şəhərində”, Bizi bağışlayın və s.) əksəriyyətində yaratdığınız nümunələri sizin kimi başqa kim yarada bilərdi?! Hazırda belə həmin filmlər ən sevimli filmlərimiz sırasındadır. Sizin dediyiniz kimi: “O filmlərdə hər bir cəhət öz yerindədir – ədəbi material, aktyor oyunu, rejissor, operator, rəssam, bəstəkar işi, səs, montaj. O filmlərdə məna da var, məğz də. Ona görə də dəfələrlə baxılır, çünki onlardan nəsə götürmək imkanı var”.
Vətənpərvər ruhlu, daxilən təmiz duyğulara malik, sənət dünyasının hər zaman gənc sənətkarı Murda Yegizarov, sizi, hər anını qiymətləndirərək yaşadığınız 80 illik yubileyiniz münasibətilə təbrik edir, 100 illik zirvəyə çatmağı arzulayırıq.