“Qarabağ.İnsan.Qələbə.” tammetrajlı bədii film ssenari müsabiqəsi elan edilir

Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə  alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir:

  • Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.
  • Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər(Red: Təşkilat Komitəsini qərarı ilə ssenarilərin qəbul  müddəti 10 yanvar 2021-ci il tarixinə qədər uzadılıb). Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.Ünvan:  Bakı şəhəri, Həsən Seyidbyli 18
  • Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər:
Baş mükafat – 5000 AZN

Həvəsləndirici mükafat – (2  ssenari)  2500 AZN

Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə  təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

aki.az