Rekord sayda qadın rejissorlar Kann festivalında

Təxirə salınmış Kann festivalı müsabiqəyə daxil edilmiş filmlərin adlarını açıqlayıb. Müsabiqəyə daxil olunan filmlərin hamısı “Cannes 2020” markasından istifadə edə biləcək. Bu ilki seçimin özəlliklərindən biri qadın kinosunun rekord sayda təmsil olunmasıdır. Xanım kinematoqrafçılar festivala  532 film təqdim edib onlardan 16-sı müsabiqəyə daxil edilib. Ümumiyyətlə festivala 2067 film göndərilib ki, onlardan da 909-u debut filmi olub.  Məşhur Britaniyalı kinorejissor Stiv Makkuin müsabiqədə iki filmi ilə təmsil olunur:” Manqrov ağacı” və “Aşiqlər qayası”.

Müsabiqə proqramına bütövlükdən burda izləyə bilərsiz:

https://www.festival-cannes.com/en/infos-communiques/communique/articles/the-films-of-the-official-selection-2020

Aki.az