Tofiq Məmmədov – 80
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Tofiq Məmmədovun ad günüdür, 80 yaşı tamam olur.
Tofiq Məmmədov 15 fevral 1941-ci ildə doğulub.
Ömrünü kinoya bağlayan rejissor müxtəlif mövzularda onlarla sənədli filmlər (“Birlik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini”(1986, qısametrajlı sənədli film), “Goranboy” – oğuz eli(1989, qısametrajlı sənədli film), “Azadlığa gedən yollar”(1990, tammetrajlı sənədli film), “Bir daha yüksələn bayraq” (1990, qısametrajlı sənədli film), “Biznes konqresi” (1990, qısametrajlı sənədli film), “İşığını əsirgəmə” (1990, qısametrajlı sənədli film), “Ulu yurd” (1990, qısametrajlı sənədli film), “Boz qurdun harayı”(1991, qısametrajlı sənədli film), “Xəzər köməyə çağırır”(1991, qısametrajlı sənədli film), “Şəhidlər və qazilər” (1991, qısametrajlı sənədli film), “, qısametrajlı sənədli film), “Ziya ocağı”(1991, qısametrajlı sənədli film), “İnama qayıdış”(1992, qısametrajlı sənədli film), “Parlament”(1996, qısametrajlı sənədli film), “Əshabi-Kəhf”(2000, qısametrajlı sənədli film), “Şəhidlik zirvə\si”(2001, qısametrajlı sənədli film), “Haray“(2004, qısametrajlı sənədli film), “Akademik Adilə Namazova”(2007, “Monoloq” (2007, qısametrajlı sənədli film), “Həqiqətin özü”(2008, tammetrajlı sənədli film), “Azərbaycan milli qəhrəmanları”(2010, sənədli film” və s.) lentə alıb.
Qeyd etdiyimiz kimi müxtəlif səpgili mövzulara müraciət edən rejissorun filmlərində dövlətçilik, dövlət atributları, azadlıq ruhu kmi məqamlar üstünlıük təşkil edir.
T.Məmmədovun 1990-cı ildə çəkldiyi “Bir daha yüksələn bayraq” qısametrajlı sənədli filmində Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılmasından bəhs olunur.
Şəhidlik zirvəsi”(2001) filmində, rejissor tamaşaçısının diqqətini yanvar hadisəsinə çəkir. Film Azə\rbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olunub. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Xüsusuilə isə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr filmdə geniş əks olunur.
“Həqiqətin özü”(2008) filmində ermənilərin Türkiyədə, eyni zamanda Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Tarixi faktlara arxalanan rejissor film boyunca Birinci Dünya Müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoymağa cəhd edib və bvuna nail olub da. Bundan başqa, filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində uzuzn illərdir yatıb qalan kinolentlər ekrana gətirilib. Filmdə tanınmış tarixçilər də öz sözünü deyir.
Qeyd edək ki, Tofiq Məmmədovun yaradıclılığında tarixi faktlar əsas yer tutur və əksər filmlərində doğma yurdun, doğma xalqın baaşına gələn hadisələrə rejissor kimiu öz münasibətini bildirməkdən çəkinmir.
Tofiq müəllimi yubiley yaşı münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, sağlam həyat və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
aki.az