MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyası

Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvüdür.

“Kinematoqrafçılar İttifaqları Konfederasiyası” Beynəlxalq ictimai birliklər İttifaqı (KİK) 1991-ci ildə yaradılıb və SSRİ Kinematoqrafçılar İttifaqının hüquqi varisidir.

KİK-nın yaradılmasında əsas məqsəd müstəqil MDB ölkələri, Latviya, Litva və Estoniyanın kinematoqrafçı ittifaqlarının əməkdaşlığı və qarşılıqlı yardımları, postsovet məkanında ümumi mədəni sahənin dəstəklənməsidir.

KİK “Şərq-Qərb.Qızıl Tağ” beynəlxalq kino mükafatının, Beyəlxalq Kino məktəbinin və Milli Kinematoqrafiya Forumunun təşkilatçısıdır.

Qeyd edək ki, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri dramaturq, rejissor, yazıçı, RF-nın kinematoqrafçılar İttifaqının katibi, Mosvada yəhudi kinofestivalının təmsilçisi, “Feliks” kinoakademiyasının və Amerika kinoakademiyasının, “Nika” Rusiya Kinematoqrafiya Elmləri Akademiyasının   üzvü Rüstəm İbrahimbəyovdur.

MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyası sədrinin müavini isə sənətşünas, jurnalist, redaktor Konstantin Şerbakov.