AKİ Beynəlxalq Kino Məktəbi

Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən 2007-ci ildə AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında”  23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq təsis olunub.

Kino məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanması, istedadların aşkar olunmasıdır.

Tələbələr beş bölmədə təhsil alıblar: “Kinorejissorluq”, Kino dramaturgiya”, Prodüserlik”, “Kinoşünaslıq”, “Aktyor sənəti”, “Animasiya  və multimedia”.

Dünya kino məşhurları ilə beynəlxalq profilli təşkilatlarla əməkdaşlıq  nəticəsində tədris prosesi çərçivəsində periodik olaraq treninqlər təşkil olunub.

2008-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı Cənubi Qafqaz Müstəqil Kino xadimləri Assoiasoiyası ilə birgə (İFA-SC) Kino məktəbinin tələbələri üçün Cənubi Qafqazda bədii film layihələrinin inkişafı və sənədli kinonun yüksəlməsi üçün treninqlər keçirdilər.

Ümumilikdə, 2007-ci ildən tələbələr üçün təşkil olunan master klaslarda əsl kino peşəkarları – rejissor, ssenarist və prodüser Kşiştof Zanussi(Polşa),  rejissor, ssenaristı, prodüser və aktyor Yan Sverak (Çexiya), sənədli filmlər rejissoru Georgi Xaindrava (Gürcüstan), ssenarist, aktyor Pavel Finn, rejissor, ssenarist Qleb Panfilov, aktrisa İnna Çurikova, jurnalist, ssenarist Oleq Panfilov, kinoşünas, tənqidçi, teleaparıcı, jurnalist, pedaqoq Kirill Razloqov, kinotənqidçi və tərcüməçi Yelena Razloqova, rejissor, prodüser və ssenarist Vitali Kanevski (Fransa),

Kolumbiya universitetinin professoru, məşhur sənədli kino mütəxəssisi Peqqi Vayl (ABŞ), Los-Anceles kino məktəbinin peşəkarları və dünyaca məşhur kino adamları  çıxış etdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki kino məktəbi Azərbaycan kinematoqrafiyasının inkişafına hədəflənmiş bir sıra layihələrə təşəbbüs etdi. Onlardan biri də “Bakı, mən səni sevirəm” layihəsi idi ki, bu layihə çərçivəsində kinostudiyalarla müştərək filmlərin çəkilişi gerçəkləşdirildi.

Beynəlxalq Kino Məktəbi məzunları arasında kinorejisor Nərgiz Babazadə, kinodramaturqlar İradə Bağırzadə, Səbinə Hüseynli, Esmira Məmmədova, kinorejissorlar Cavid Təvəkkül, Fariz Əhmədov, Elməddin Əliyev, Xəyyam Abdullayev, Gülçin Axundlu, Əli Həsənov, Elçin Əsədov, Eldar İsmayılov, Murad Muradov, Günel Nəcəfzadə, Kəmalə Rzayeva, rejissor, animator Gülçin Özər, aktyor Zaur Şəfiyev, kinoprodüser Ələkbər İmanov vardı.  Kino məktəbinin məzunlarıının işləri beynəlxalq kinofestivallarda mükafatlara layiq görüldü.