AZƏRBAYCAN KINEMATOQRAFÇILAR İTTIFAQI: YARIM ƏSR MILLI KINONUN XIDMƏTINDƏ

Azərbaycan Kinematoqrafçıları İttifaqının yaranması tarixi öz başlanğıcını 1958- ci ilin yanvarından, “Azərbaycan Kino Işçiləri Ittifaqı Təşkilatı Bürosu”nun təsis olunduğu vaxtdan götürüb. Büronun başçısı Lətif Səfərov, nüavini kinorejissor Hüseyn Seyidzadə idi. Təşkilat Bürosu beş şöbədən ibarət idi:

“Bədii kinematoqrafiya”, “Dramaturgiya, nəzəriyyə və tənqid”, “Sənədli və elmi-populyar kinematoqrafiya”, “Elm və texnika”, “Kino sevərlər”.

Azərbaycan Kinematoqrafiya İşçiləri ittifaqı üzvlərinin ümumi sayı 82 nəfər təşkil edirdi.

1960-cı il fevralın 10-da Kino Evi açılır. Bu vaxtadək İttifaq üzvlərinin sayı yüzə  çatır: rejissorlar ssenari müəllifləri, operatorlar, aktyorlar, rəssanlar, bəstəkarlar.

Yekun olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963- cü ilin 11 yanvarında baş tutan I Quruculuq Qurultayında formalaşır.

AKİ nin II Qurultayında ( 22-23 dekabr 1964-cü il) təşkilatın idarə rəhbəri olaraq kinorejissor Həsən Seyidbəyli seçilir.

1976- cı ilin martında AKİ-nin nəzdində Sovet Kino Sənətinin Təbliğatı Bürosunun Azərbaycan şöbəsi yaradılır. Şöbə əhali üçün film nümayişləri keçirir, çoxlu sayda yaradıcı görüşlər təşkil edir.

1981- ci ilin mayında AKİ-nin V qurultayında Təşkilatın idarə heyətinin birinci katibi kinodramaturq Rüstəm İbrahimbəyov seçilir.

1985-ci ildə baş tutan VI qurultay kinematoqrafın cari problemlərinə həsr olunur.

VII Qurultay SSSR-də və Azərbaycanda yenidənqurma dövründə keçirilir. Bu, 1990- cı il idi.  Yeni yaranmış ictimai-sosial şəraitdə – kinoprosesin obyektiv qiymətləndirilməsi lazım olduğu bir zamanda  AKİ “Azərkinovideo” istehsalat Birliyi ilə birgə milli kinonun yeni inkişaf proqramını və konsepsiyasını işləyir. Və Kinematoqrafçılar İttifaqı İdarə Heyəti katibliyi Azərbaycan milli filmlərinin müsabiqəsini təsis etməyi qərara alırlar.

( İlk müsabiqə 1991-ci ildə , ikinci  1993-cü ildə, üçüncüsü isə 1995-ci ildə keçirilir)

90-cı illərin sonunda Azərbaycan cəmiyyətinin özü kimi Azərbaycan kinematoqrafiyası da ciddi çətinliklər yaşayır və müsabiqə öz işini dayandırır. Yalnız 8 ildən sonra, 2003-cü uldə müsabiqə bərpa oluna bilir; münsiflərə bütün bu illər ərzində – 1995-2002-ci illərdə istehsal olunmuş filmlər təqdim olunur; müsabiqə “Qızıl Çıraq” (Zolotaya lampada”) adını alır.

2006-cı ilin 2 avqustunda V Qızıl Çıraq Milli Kino Mükafatının təqdimetmə mərasimi keçirilir.

15-16 dekàbr 1995-ci ildə AKİ-nin VIII qurultayı keçirilir, bu, Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçirilən ilk qurultay idi. Qurultayda müzakirə olunan ilk məsələ ölkədə kinonun və onun çoxillik ənənələrinin  qorunması və onun dövlət tərəfindən dəstəklənməsi olur. Yeni şəraitdə milli kinonun inkişaf konsepsiyası hazırlanır.

1996-cı ildə Azərbaycanda ilk dəfə Bakı Beynəlxalq “Şərq Qərb” kinofestivalı keçirilir. Festivalın təşkilatçıları Azərbaycan Kinematoqrafçılar İttifaqı və MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının dəstəyi ilə Azərbaycanda dünya kinosunun yüz illiyi fondu olur. Festivalın ümumi ideologiyası Şərq və Qərb kino mədəniyyətinin zənginləşməsinə xidmət etmək idi.

Festival bütün postsovet ölkələrində nüfuz qazandı, Asiya və Avropa kino peşəkarları  üçün müzakirə meydanına çevrildi. Bu illərdə AKİ respublikada kinematoqrafiya fəaliyyətini nizamlayan qanunvericilik bazasının formalaşması təşəbbüsü ilə çıxış etdi; 1998-ci ildə AR Milli Məclisi “Kino haqqında” qanunu qəbul etdi.

 

2003-cü ildə AKİ-nin IX qurultayı keçirildi. Yekun məruzələrdə kadr hazırlığı, kino təhsili kimi vacib məsələlər əksini tapmışdı. Qurultayın yekunlarına görə, Rüstəm İbrahimbəyov yenidən AKİ-nin sədri , Azərbaycan SSR-in Xalq artisti, aktyor Rasim Balayev isə birinci katib seçiıdi.

2005-ci ilin 13 mayında AKİ-nin İdarə Plenumu keçirildi. Plenumda qurultaydan sonrakı iki il ərzində milli kinodakı vəziyyət müzakirə olundu.

AKİ-nin 2008-ci ilin may 30-da baş tutan  10-cu, yubiley qurultayında İttifaqın birinci katibi Rasim Balayev görülən işlər haqqında yekun hesabatla çıxış etdi. Yaradıcı təşkilatın sədri yenidən Rüstəm İbrahimbəyov seçildi.

Elə həmin il – 2008-ci ildə AKİ-nin sədrinin Azəbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutdu. Ölkə başçısı Rüstəm İbrahimbəyovun təklif etdiyi 2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət proqramı”nı təsdiqlədi.

2009-cu ilin sentyabrında Azərbaycada XI Bakı “Şərq Qərb”Beynəlxalq Kinofestivalı keçirildi. Bu sonuncu festival oldu.

2012-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın Mili Kino günündə AKİ üzvləri və gənc kinematoqrafçıları yeni filmlərinə, milli kinonun inkişafında xidmətlərinə görə mükafatla təltif edir. (ötən illərdə milli kinonun inkişafında xidmətlərinə görə rejissor, aktyor Fikrət Əliyev, rejissor, ssenari yazarı, prodüser Asif Rüstəmov, aktyor, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, kinorejissor, Azərbaycanın Əməkdar İncəsənət xadimi Ziya Şıxlinski, quruluşçu rəssam, rejissor-multiplikator, Azərbacanın Əməkdar İncəsənət xadimi Firəngiz Qurbanova, aktyor, Azərbaycanın Xalq artisti Fuad Poladov, kinorejissor Tair Əliyev, kinooperatorlarlar Nizami Abbas və Yuri Varnovski, səs rejissoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi Əsəd Əsədov, aktrisa, Azərbaycanın Əməkdar artisti Mehriban Zəki, rejissor-animator Cavid Əhədov, bəstəkar Cavanşir Quliyev, kinoprodüser Adil Qulamov, diktor, Azərbaycanın Xalq Artisti Rafiq Hüseynli, səs rejissoru Kamal Seyidov, rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Mirbala Səlimli, kino və televiziya rejissoru, kinodramaturq Nazim Rza, Azərbaycanın Xalq yazıçısı Anar, bəstəkar Rauf Əliyev (ölümündən sonra), diplomat, ictimai xadim Ramiz Abutalıbov təltif olunubar).

Azərbaycan Kinematoqrafçılar İttifaqının Idarə heyətinin 2019-cu il, fevralın 17-də keçirilən iclasında ittifaqın ətrafında yaranan vəziyyət və təşkilati məsələlər müzakirə olundu,  AKİ-nin gündəliyi və onun keçirilmə tarixi müəyyənləşdirildi,  Kino məktəbi və Kino Evinin bərpası haqqında qərar qəbul olundu.