AZƏRBAYCAN KİNOSUNUN BUGÜNKÜ VƏZİYYƏTİ VƏ GƏLƏCƏYİ AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTIFAQININ İDARƏ HEYƏTİNIN İCLASINDA

İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar ittifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.

Tədbirdə İttifaqın XI qurultayına hazırlıq məsələləri müzakirə olunub, Qurultayın gündəliyi və keçirilmə vaxtı müəyyənləşib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov iclası giriş sözü ilə açaraq qeyd edib ki, iki qurultay arasında keçən vaxt ərzində ölkədə vacib hadisələr baş verib:“Qurultayın vəzifəsi itimai əhəmiyyəti olan əsas suala cavab verməkdir: Bu hadisələr kinoda keyfiyyətli və gerçək şəkildə əks olunubmu?”

AKİ-nin XI qurultayının gündəliyini müzakirə edərkən idarə heyətinin üzvləri milli kinonun maraqlarının müdafiəsi, kino sənayenin inkişaf perspektivləri kimi məsələlərə toxunan təkliflərlə çıxış ediblər.

Kinematoqrafçılar yekdil fikrə gəliblər ki, indiki zamanda milli kinoistehsalı mürəkkəb dövr yaşayır. Bu, bir çox hallarda bu sahənin yetərincə maliyyələşməməsi ilə bağlıdır əvvəlki illərdə büdcə ayırmaları ciddi tammetrajlı filmlərin çəkilişi üçün kifayət etməmişdi, kinematoqrafçılar sponsorların dəstəyinə də güvənə bilməmişdilər. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mart ayında imzaladığı sərəncama əsasən, dövlət sifarişi ilə filmlərin istehsalı və gənc rejissorların işlərinin dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə 2019-cu ildə Azərbaycan prezidentinin 2019-cu il üçün nəzərdə tutulmuş ehtiyat fondundan  5 milyon manat vəsait ayrılıb.

Göründüyü kimi, kino sənayenin inkişafı dövlətdən ciddi dəstək alır, ona görə də, bu günün əsas vəzifəsi tam dəyərli ssenarilərin yaradılması və keyfiyyətli kino işlərinin çəkilməsidir, zira ekrana buraxılan hər film milli kino tarixində layiqli yer tuta bilmir.

Bundan başqa, tamaşaçının keyfiyyətli işə baxmağa və onu qiymətləndirməyə hazır olması məsələsi də qaldırılıb. İdarə heyəti üzvlərinin fikrincə, bu xüsusi diqqət tələb edən məsələdir, belə tamaşaçının hazırlanması müştərək şəkildə,  Azərbaycanın paytaxtında olduğu kimi, bölgələrdə də aparılmalıdır.

İclasın gedişində kinematoqrafçılar teleyayım şəbəkəsində Azərbaycan kinosunun tarixini danışacaq və ya tamaşaçıda gözəl zövq formalaşdıracaq kino verilişlərinin olmamasını də təəsüflə qeyd ediblər.

Kinematoqrafçılar İttifaqının bu və digər problemlərin həllinə töhfə verə biləcək layihələrindən biri də Kino Evinin fəaliyyətinin bərpasıdır. Layihəyə 2 avqustda ölkəmizdə qeyd olunan milli kinematoqrafçılar gününün – professional kino işçilərinin bayramı ərəfəsində başlanacaq. Kino Evi həm kinorejissorlar, həm də qeyri-peşəkarlar üçün daimi bir görüş yeri olacaqdır.

AKİ layihələri arasında – film məktəbinin fəaliyyətinin bərpa etməsi də bu qəbildəndir.  Kinorejissor Oleq Səfərəliyevin sözlərinə görə, Kino məktəbi sentyabr ayında fəaliyyətə başlayacaq. Burada üç emalatxana işləyəcək: “Kinorejissorluğu”, “Kinodramaturgiya”, “Animasiya”.  Kino məktəbində təhsil həm orta məktəb məzunları, həm də ali təhsil almış, yeni bir peşə öyrənmək və ya biliklərini artırmaq istəyənlər üçün pulsuz olacaqdır».

Bundan əlavə, İdarə heyətinin iclasında, AKİ üzvlərinə fərdi təqaüd və təqaüd verilməsi məsələsi də müzakirə olundu.  Heyət maliyyə dəstəyi ilə təmin ediləcək kino  mütəxəssislərinin siyahısını təsdiqlədi.

Həmçinin iclasda, Azərbaycan Kinematoqrafçılar İttifaqının sıralarına yeni üzvlər qəbul edildi.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilat olduğu üçün

ittifaqın əsas məqsədi milli kinomuzun dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Azərbaycan Kinematoqrafçılar İtgifaqı 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya işçilərinin I  Təsisat qurultayında yaradılmışdır.