Bildiyiniz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyir.  Bundan sonra AKİ-nin bu dəstəyi “KİNOSƏYYAH” proqramı başlığında təqdim ediləcək.

AKİ bu məqsədlə aidiyyəti orqanlara müraciət edib və əlavə vəsaitin cəlb edilməsində əzmlidir. Azərbaycan  Kinematoqrafçılar İttifaqı 2024-2025-ci illərdə yeni Azərbaycan kinosunu beynəlxalq arenada təbliğ etmək üçün 21 nəfərin bilet xərclərini ödəmişdir. Çünki Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası AKİ-nin ümdə məqsədlərindən biridir.

AKİ 2019-cu ildən bu tipli səfərləri dəstəkləyir. 2024-cü il və 2025-ci ilin birinci rübündə aşağıdakı beynəlxalq tədbirlərdə kinematoqrafçılarımızın iştirakı təmin edilmişdir:

  1. Beynəlxalq Film Festivalı çərçivəsində təhsil səfəri– Praqa, Çexiya- 1 nəfər
  2. Warm Beynəlxalq Festivalın akademiya bölməsində (2024, 2025) iştirak – Bosniya və Herseqovina – 3 nəfər
  3. Alpavirami Beynəlxalq Gənclik Filmlər Festivalında CineBazaar proqramı – Əhmədabad, Hindistan – 2 nəfər.
  4. Türk Dünyası Sənədli Filmlər Festivalı – Ankara, Türkiyə – 1 nəfər
  5. Mehdi Hüseynzadənin anım gününə həsr olunmuş “Uzaq sahillərdə” bədii filminə həsr olunmuş sərgi – Novaqoritsa, Sloveniya – 1 nəfər
  6. Berlin Beynəlxalq Film Festivalı, Berlinale – Berlin, Almaniya – 2 nəfər
  7. GoEast Beynəlxalq Film Festivalında “Mənim sehrli dünyam” bədii filminin premyerası – Visbaden, Almaniya – 2 nəfər
  8. 78-ci Kann Beynəlxalq Film Festivalı – Kann, Fransa – 1 nəfər
  9. Beynəlxalq Turan Film Festivalı – İzmir, Türkiyə –  2 nəfər
  10. Beldocs Beynəlxalq Sənədli Film Festivalı “Sənaye günləri” proqramının Beynəlxalq Pitçinq layihəsi, Belqrad, Serbiya – 2 nəfər
  11. “CEDOC market 2025” – Krakov, Polşa – 1 nəfər
  12. Evro Cine Expo 2025 kino sənayesi sərgisi – Münhen, Almaniya – 1 nəfər
  13. 32-ci “Sheffield DocFest” Beynəlxalq Sənədli Film Festivalında  “Xəyalpərəstlər – İşıq adamları” sənədli filminin  nümayişi – Mançester, Böyük Britaniya –  1 nəfər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı həm kinomuzun beynəlxalq əlaqələrinin inkişafı, həm kinematoqrafçılarımızın peşə hazırlıqlarının artması üçün bu səfərləri mühüm sayır. Bu məqsədlə “KİNOSƏYYAH”  proqramının maliyyə resurslarının inkişafı üçün əzmlərini əsirgəməyəcək.