AKİ İdarə Heyətinin üzvündən yeni layihə
Rudolf Vays haqqında “Avstriyalının odisseyası” adlı film çəkilir.
II Dünya müharibəsindən sonra Azərbaycana göndərilən alman ordusunun əsir düşmüş əsgəri Rudolf Vays hazırda Vyanada yaşayır və Azərbaycan xatirələrini qələmə alıb.
Bu barədə “Nova Gorica” kino mərkəzindən məlumat verilib. O da qeyd olunub ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nova Gorica” kino mərkəzində istehsal olunur: “Vyanada yaşayan Rudolf Vaysın 96 yaşı var və Azərbaycanla bağlı xatirələrini qələmə alıb. O, “Hökumət evi” və “Saatlı bina” kimi tanınan binaların tikintisində çalışıb. Salyan və Neftçalada yol tikintisində işləyib. Filmin çəkilişləri Vyana, Bakı, Neftçala və Salyanda aparılacaq”.
“Nova Gorica” kino mərkəzindən bildirilib ki, filmin çəkilişləri sentyabr ayının sonlarında yekunlaşacaq.
Xatırladaq ki, filmin ideya müəllifi Samir Rzayev, rejissoru Turan Yaqublu, operatoru Əminə Həsənli, prodüseri Tahir Tahiroviçdir.
aki.az