“Köhnə radio” sənədli filminin təqdimat mərasimi keçiriləcək

15 oktyabr Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Köhnə radio” qısametrajlı sənədli filminin təqdimatı olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Mübariz Nağıyevin çəkdiyi sənədli filmdə Şəki sakini, 90 yaşlı Rasim Məmmədovun ömür yolundan bəhs edir.

Ömrünün 70 ilini dərzilik sənətinə həsr edən qocaman sənətkar Rasim Məmmədovun keçdiyi həyat yolu, bu gün də həvəslə davam etdirdiyi fəaliyyəti, iş təcrübəsi filmdə öz əksini tapıb. Bundan başqa, filmdə bir vaxtlar Şəkinin ən məşhur ustası kimi tanınan, bütün növ qadın-kişi geyimlərini yüksək peşəkarlıqla yaradan R.Məmmədovun sənətinə olan böyük sevgisi göstərilir, müasir Şəkinin fonunda onun köhnə dərzi atelyesi insanı keçmişə səyahət etdirir.

Filmin ssenari müəllifi və prodüseri Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.

Köhnə radio” qısametrajlı sənədli filminin təşkilati dəstəyi Şəki Şəhər İcra Hakimiyyətinə aiddir.

aki.az