Oktay Mir-Qasım, Andrey Tarkovski, İlqar Safat

Kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə klassik filmlərin nümayişi təşkil ediləcək. Proqram çərçivəsində Oktay Mir-Qasımın “Günaydın, mələyim”, Tofiq Tağızadənin “Yeddi oğul istərəm” bədii filmləri, dünya kinosu klassikasından isə Andrey Tarkovskinin “Güzgü” bədii filmi nümayiş olunacaq.
“Günaydın, mələyim” filminin nümayişi həm də, Oktay Mir-Qasımın 80 illik yubileyi münasibətilə təşkil olunur. Eyni zamanda, tamaşaçıların xüsusi marağına səbəb olan və xarici ölkələrdə özünə diqqət çəkən filmlərdən biri olan rejissor İlqar Safatın “Sahə” bədii filmi də nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas hədəflərindən biri, milli kinomuza tamaşaçılarda maraq yaratmaq, zövqlü tamaşaçı ordusu formalaşdırmaqdır.

Qeyd edək ki, AKİ bu kimi nümayişləri il ərzində davam etdirir.

Nümayişlərin məkanı isə dəyişməz olaraq “Azərbaycan” CinemaPlusdur.

aki.az