AKİ-nin dəstəyilə çəkilən film nüfuzlu kinofestivalda yarışır
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin məzunu, rejissor Türkan Hüseynin “Mən hələ də səninlə danışıram” qısametrajlı sənədli filmi 8-13 oktyabr tarixlərində 66-cı “Dok Leipziq” Beynəlxalq Sənədli Fİlm Festivalında “Ən yaxşı beynəlxalq sənədli film” kateqoriyasında yarışacaq.
“Çinar film” kino şirkətində istehsal olunan filmin operatoru Türkan Hüseyn, prodüserləri T.Hüseyn, Emil Nəcəfovdur.
“Mən hələ də səninlə danışıram” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə ərsəyə gəlib. Rejissor Türkan Hüseynin festivala səfər xərcləri də İttifaq tərəfindən qarşılanır.