20-26 sentyabr tarixlərində keçirilən X Baiqonyr beynəlxalq kinofestivalı dörd kateqoriyadan ibarətdir. “Ən yaxşı tammetrajlı debüt bədii film”, “Ən yaxşı beynəlxalq film”, “Ən yaxşı yerli film” (Qazaxıstan) və və NETpac jürisi tərəfindən seçilən Mərkəzi Asiya filmləri kateqoriyaları festivalın tərkibinə daxildir.
Festival ərzində hər gün masterklaslar, panel sessiyaları, kitab təqdimatları və müzakirələr keçirilir.
NETpac jürisinin iştirak etdiyi masterklasda Kinotənqidçilər Laboratoriyası təşkil olunub. Dəyirmi masa ətrafında baş tutmuş görüşdə AKİ-nin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Afaq Yusifli də NETpac münsiflər heyətinin üzvü qismində iştirak edib.
Festival ərzində Gülnara Abikeyevanın “Müasir Qazaxıstan kinosu” və Aida Başırovanın “Qazaxıstan və Mərkəzi Asiya filmlərində qadın obrazı” adlı kitabların təqdimatı da keçirilib.
Xatırladaq ki, festivalın “Ən yaxşı tammetrajlı debüt bədii film” kateqoriyasının münsiflər heyətinə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, kinotənqidçi Aygün Aslanlı da daxildir.
Festival tərkibində, MDB ölkələrindən təşrif buyurmuş kinorejissorlar, prodüserlər və kinotənqidçilərin iştirakilə baş tutmuş panel sessiyalarının birində Aygün Aslanlı “Sənədli kinoda qadın” mövzusu ilə çıxış edib.
aki.az

