“Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin 3-cü Qəbələ mərhələsi uğurla başa çatıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin Qəbələ – praktiki mərhələsi başa çatıb. Layihənin 3-cü mərhələsi 2-9 dekabr 2023-cü illəri əhatə edib.
Rejissor ssenarisinin yazılması, storibordun çəkilməsi, məkana baxış və onun çəkilişə hazırlanması və filmdən əvvəlki bütün hazırlıq işləri Qəbələ mərhələsində baş tutmuşdur. Layihənin Qəbələ mərhələsi çərçivəsində ssenarisi seçilmiş iştirakçılardan Fidan Maqbet, Çinarə Əlişli və Orxan Babayevin yazdığı “Məhkəmə” qısametrajlı bədii filmi və iştirakçıların kinoya baxışı, kinoya gəlişi və ümumi film çəkilişi prosesini əhatə edən rejissoru və ssenari müəllifinin Elvin Abdullayev, operatorları İzzətxanım Cabbarlı və Afaq Yusiflinin olduğu “Çevrilmə” sənədli filmi çəkilmişdir. Layihənin mentoru və filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Rövşən İsaxdır.
Rollarda əməkdar artistlər İlqar Cahangir, İlham Hüseynov və Rus Dram Teatrının aktyoru Elşad Süleyman çəkilmişdilər.
Kino istehsalı layihəsinin özəlliyi ondan ibarətdir ki, çəkiliş qrupunun əsasını gənc istedadlar təşkil edir. Filmin quruluşçu rejissoru, rəssamı, geyim rəssamı və qrimyor, bəstəkarı, ssenaristləri, montajçısı və b. komandanın gənc üzvlərindən təşkil olunmuşdur.
aki.az