AKİ Kino Məktəbinin növbəti filminin çəkilişləri başa çatıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, rejissor Ruslan Mollayev “İmtahan” qısametrajlı bədii filmin çəkilişlərini yekunlaşdırıb.

Kino Məktəbinin bazasında çəkilən filmin mövsuzu insanların bir-birlərinə və hadisələrə laqeydliyi üzərində qurulub.

Filmin quruluşçu operatoru Səid Rzalıdır. Baş rolları Vüqar Alimov və Murad Məmmədov canlandırıblar. Bundan başqa, Kino məktəbinin tələbələri Afaq Yusiflinin filmi çəkiliş, Ülviyyə Əhmədovanın filmi isə post production mərhələsindədir.

Xatırladaq ki, Kino Məktəbinin tələbələri Azər Allahvediyevin “Üç yol” və Elnur Paşanın “Quyu” filmi 2020-ci ildə Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatçısı olmuşdur.

Aki.az