Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Şirvanda kino günləri” yekunlaşdı. Layihə çərçivəsində Şirvan, Neftçala, Salyan, Hacıqabul və Biləsuvarda yeni Azərbaycan filmləri – İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri, Amil Amalın “Titrəmə”, Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii filmləri, Elvin Aşirovun “Gülyetərin qayıdışı”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və “Fəsillər”, İntiqam Hacılının “İlkin şəhid” və “Atam, anam bir də mən” qısametrajlı sənədli filmləri nümayiş olundu.
Tədbirlərdə kinoşünas Aygün Aslanlı, kinotənqidçi Hacı Səfərov, və rejissor Qulu Əsgərov iştirak ediblər.
Bundan əvvəl AKİ bu layihəni “Cənubda kino günləri” adı altında Lerik, Lənkəran və Biləsuvar şəhərlərində həyata keçirmişdi. Davamlı olaraq il ərzində Bakı ilə yanaşı bölgələrdə də film nümayişi davam etdiriləcək.
aki.az