Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılar, gənc ssenaristlər, bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün davamlı təlimlər təşkil edir. AKİ bu dəfə “36 dramatik vəziyyət” təliminə qəbul elan edir.
Kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında qurulacaq. Jorj Polti 1200 dramaturji əsəri analiz edib onların cəmi 36 vəziyyətdən ibarət təsnifatını verib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi təlimin hər dərsində üç vəziyyət analiz edilib, nümunələrlə şərhlər veriləcək, iştirakçılar məşhur nəzəriyyənin vasitəsilə dramaturgiyanın incəliklərini öyrənib öz sinopsislərini inkişaf etdirəcəklər.
Dərslər həftədə bir dəfə olmaqla 12 dərsi əhatə edəcək. Qeyri-iş saatlarında keçiriləcək dərslərlə yanaşı, təlimçi, sinopsislərin inkişafı məqsədilə həftəiçi iştirakçılarla görüşlər keçirəcək.
Təlimə müraciət etmək istəyənlər aprelin 15-nə qədər sinopsis (minimum 1 səhifə), motivasiya məktubu və bioqrafiyalarını info@aki.az elektron ünvanına “36 dramatik vəziyyət” başlığı ilə müraciət edə bilərlər.