Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi müsabiqənin təşkilatçlarının verdiyi məlumata görə müsabiqəyə 50 ssenari qəbul olunmuşdur. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılmışdır. Ssenariləri müəlliflərin familiyalarının əlifba sırası ilə təqdim edirik::
Arifoğlu Elçin – “Ürəkdəki cəbhə xətti, cəbhə xəttindəki ürək”
Dadaşov Nicat – “Otaq”
Qəhrəmanov Asif – “Köhnə soba”
Qurban Qubadzadə, Əlibəy Məmmədli, Süleyman Süleymanzadə – “Yun çubuğu”
Heydərova Ülviyyə – “Bir, iki, üç”
Xanəlizadə Elxan – “Tarla qızları”
Mahmudova Sevinc – “Əmanət”
Məmiyev Amil (Amal) – “Şuşa, mən səni sevirəm”
Mirmehdi Ağaoğlu, Muxtarov Mətləb – “4420”
Nəsibli Leyla – “Əsgər çəkmələri”
Rzayev Elnur (Paşa) – “Söyüd ağacı”
Səfərov Hacı – “Qısa paslar, uzun peşmanlıqlar”
Yusubova Şəfa – “Əziz Emil”
Qalib ssenarilər 2 avqust Milli Kino günü öncəsi elan ediləcək.
Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları I yer – 2000 AZN, II yer – 1500 AZN, III yer – 1000 AZN təşkil edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir.
aki.az