Azərbaycan Kinematoqrafçılar İttifaqı animasiya sənədli filminə kiçik qrant ayırdı
Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsinə maliyyə dəstəyi ayırıb. İttifaqın katibliyindən bildiriblər ki, 20 yanvar mövzusunun orijinal ekran həlli kinomuz üçün vacibdir, bu səbəbdən layihəyə dəstək verilib. Film format etibarilə animasiya sənədli filmidir, vizual həlli ilə seçilir.
Film 1990-cı il 20 yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir. “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq film festivalı çərcivəsində “CEDOC co-production” marketdə iştirak edib. Film xarici prodüserlərlə əməkdaşlıq məqsədi ilə təqdim edilib, müzakirələr aparılıb.
Türkan Hüseyn Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin yetirməsidir, onun “Papanin” sənədli və “Sonuncu foto” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Qısametrajlı Filmlər Fesivalının qalibi olub.
aki.az