Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan-Rusiya kino əlaqələri müzakirə olunub
İyunun 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rossotrudnicestvo) rəhbəri İrek Zinnurovu qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya kinematoqrafçılarının əməkdaşlıq perspektivləri, azərbaycanlı tələbələrin Moskvada kino institutlarında təhsili və Rusiya Kino Günlərinin keçirilməsi təşəbbüsləri müzakirə olunub. Hər iki tərəf onilliklər boyu iki ölkə kinematoqrafçılarının əlaqələrinin effektivliyini qeyd etmiş və bu ənənənin saxlanılması və inkişaf etdirilməsinin vacibliyini təsdiqləyiblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mədəni layihələrinin koordinatoru Tamilla xanım Həsənova da görüşdə iştirak edib.
Qeyd edək ki, tərəflər müzakirə olunan məsələlərlə bağlı görüşləri intensivləşdirməyi qərara alıblar.
aki.az