“Eurasia.DOC” sənədli filmlər festivalına ərizə qəbulu davam edir
3-7 oktyabr 2022-ci il tarixlərində Minsk və Smolenskdə MDB ölkələrinin 7-ci “Eurasia.DOC” sənədli filmlər festivalı keçiriləcək.
Festivalda iştirak etmək üçün festival direktorluğuna ərizə təqdim edilməli, eyni zamanda filmin müəllif annotasiyası, yaradıcı heyət haqqında məlumat, fotoşəkillər və filmdən kadrlar olmalıdır. Film MP4 formatında qəbul edilir.
Müraciətlər 1 avqust 2022-ci il tarixinə qədər qəbul edilir. Festivalın proqramına daxildir:
- Müsabiqədə iştirak edən filmlərin nümayişi,
- Müsabiqədənkənar və retrospektiv nümayişlər,
- Dəyirmi masalar və tematik müzakirələr,
- Ustad dərsləri,
- Müəlliflər, ekspertlər və ictimai xadimlərlə görüşlər,
- Mətbuat konfransları,
- Sərgilər,
- Xüsusi tədbirlər.
Xatırladaq ki, “Eurasia.DOC” festivalı keçirildiyi ilk ildən öz hüdudlarını aşaraq beynəlxalq miqyas alıb. Festival nəticəsində postsovet məkanında baş verən hər şey bütün dünyada insanların böyük marağına səbəb olur. Filmlərin seçilməsində əsas meyar MDB ölkələrinin ictimai-siyasi həyatına birbaşa və ya dolayısı təsir edən hadisələrin işıqlandırılması və müəllif tərəfindən şərh edilməsidir.
Əlavə suallar üçün festivalın elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz: [email protected]
Festivalın ərizə formasını doldurmaq üçün bu linkə daxil olun: https://bit.ly/3J1z9P6
aki.az