Gənc azərbaycanlı rejissorların beynəlxalq uğuru
İtaliyanın Trieste şəhərində təşkil olunan 14-cü “Şərq Qərblə görüşəndə” birgə istehsalat forumu başa çatıb. Forum 21-24 yanvar tarixlərində Trieste Film Festivalının tərkibində təşkil olunmuşdur. 486 müraciətdən seçilmiş 9 tammetrajlı bədii, 9 tammetrajlı sənədli və 3 qısa animasiya layihələri içində 2 azərbaycanlı rejissorun da layihəsi var idi.
Seçilmiş bütün layihələr Serbiya Film Mərkəzi İnkişaf mükafatı: 5000 avro, CICLIC WEMW mükafatı (Fransa, Mərkəzi Val de Loire Bölgəsi) bundan əlavə, güclü və etibarlı tərəfdaşlar şəbəkəsi sayəsində Birgə İstehsalat Forumu, EAVE Producers Workshop təqaüdü, Marché du Film Prodüserləri Şəbəkəsi Nişanları, DAE İstedadın İnkişaf mükafatı da daxil olmaqla bir sıra digər böyük mükafatları təqdim etmişdir.
EFM, Pop Up Film Rezidensiya Mükafatı, Taskovski #DocsConnect Təlim Mükafatı və 8.000 avro rənglənmə dəstəyi və istehsaldan sonrakı xidmətlərə minimum 10.000 avro xərclənərsə 30% endirimdən ibarət olan Lazer Film istehsalat Mükafatı, bundan əlavə, bütün qadın rejissorlar dəyəri 500 avro və 1 illik EWA Şəbəkəsi Üzvlüyündən ibarət olan EWA Şəbəkəsinin Bərabərlik və İnklüzivlik Mükafatına münasib görülmüşlər.
WEMW 2024 Birgə istehsalat formunun mükafatçıları arasında yer alan azərbaycanlı rejissorların mükafatları aşağıdakı kimidir:
Münsiflər heyətinin xüsusi vurğusu: “Həvəskar fotoqrafın ailə porteri”, Nurlan Həsənli, Azərbaycan, Gürcüstan birgə istehsalı.
DAE/EFM İstedadın İnkişaf mükafatı: “Həvəskar fotoqrafın ailə porteri”, Nurlan Həsənli, Azərbaycan, Gürcüstan birgə istehsalı.
CICLIC WEMW mükafatı: “Qəribə dəniz”, Lalə Əliyeva, Azərbaycan.
Qeyd edək ki, rejissor Nurlan Həsənlinin layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı səfər xərclərinin müəyyən hissəsini qarşılamaqla dəstək olmuşdur.
aki.az