Indiewire Hilal Baydarovun filmi haqqında nə yazdı?

Nüfuzlu dərgidə David Ehrlich-in müəllifi olduğu resenziyanı təqdim edirik.

Tarkovski hekayələrinə bənzər -getdiyi hər yerə ölüm gətirən bir insanın hekayəsi

Hilal Baydarovun son iki il ərzində çəkdiyi yeddinci filmi ölümdən qaça bilməyən insanın sirrli və qəribə şəkildə maraq doğuran hekayəsidir

Hilal Baydarovun“Səpələnmiş ölümlər  arasında ”filmi  həyatındakı bir gününü – və ya bir gündə yaşadığı həyatını Azərbaycanın boş  kəndlərindən  birində öz sevgisini axtaran  (xüsusən də üzlərini heç görmədiyi arvadını və övladını) və hara getsə özü ilə ölüm gətirən bir gəncin ziddiyyətlərlə dolu bir hekayəsinin “sirrli” təsviri ilə başlamır.

Bəlkə, bu qəhrəman  vətəninin dolanbac yollarını və dayaz vadilərini dolaşaraq ölüm axtarır və yol boyu qarşılaşdığı qəriblərin hamısına sevgi gətirir? Bu cür böyük fəlsəfi suallar Baydarovun son iki ildə sayca yeddinci filmi hesab olunan bu filminin  (2018-ci ilin “Adsız Təpələr” filmindən sonra ilk “hekayə” xüsusiyyəti) sakit və gözlənilən ab-havasını canlandırır. Bu  sualların cavabı isə qalın  duman qatında görünən  iki uzaq fiqur kimi qeyri-müəyyən və naməlumdur.

Bütün anlaşılmazlığına rəğmən “Səpələnmiş ölümlər arasında”-mənasını dərk etmək, anlamaq istədiyimiz bir filmdir. Şübhəsiz, bir o qədər aydın deyil –  film altı yaşlı bir uşağın bir müəllim haqqında yazdığı  şerlə başlayır. Həmin müəllim 1000 qapısı olan  koridorda itirdiyi  sinfini axtarır. Maraqlısı budur ki, Baydarov heç vaxt bu qapılardan heç birini döymür- amma bu, o demək deyildir ki, bu qapılar keçilməzdir və ya qadağan olunmuşdur. Proloqdan başqa, film  Baydarovun ülvi, ilahi  baxışlarına ilham verən Andrey Tarkovski şedevrlərindən daha anlaşılan və yavaş-yavaş boz mənzərələrindən keçib dolaşdığı  Nuri Bilge Ceylan filmlərindən qat-qat qısadır.

Əslində “Səpələnmiş ölümlər  arasında” filmində hər hansı bir şey haqqında anlaşıqlı  şəkildə olduğu kimi nəyinsəgizləndiyini düşünmək səhv olardı; filmdə Baydarovun ilahi, məstedici, qismən idarəolunan düşüncələri insanların açıq şəkildə görməməzlikdən gəldiyi dünyamızın bəzi cəhətlərini aşkar etməyə həsr olunub.

Kino vizual bir vasitə ola bilər, amma onu çox zaman  görünən şeylərə boş yerə sərf edirlər. Digər tərəfdən, burada bizim görə bilmədiyimiz  – həyatın mənfi obrazlarının xüsusiyyətlərini kamera ilə izləmək bacarığına heyran olan bir rejissorun incə məqamlarla dolu, lakin olduqca maraqlı ekran əsəri var.

Davud haqqında bildiyimiz yeganə şey (Baydarov avatarı Orxan İskəndərli tərəfindən inadkarlıq  və təəccüblü dərəcədə hərarətlə ifa olunmuşdur) budur ki,o, divana yapışıb qalan anasını daima atası ölməzdən əvvəl onu atası ilə vidalaşmaq üçün universitetdən evə çağırmamaqda günahlandırır. Növbəti  səhnədə narkotik aludəçisi kimi təhqir olunmasına ani reaksiya verərək öz silahı ilə birini öldürəndə – – bu cür şeylərin Davud üçün adi bir hal olub- olmadığını və ya  sabit  tarazlığını itirdiyini başa düşmürük. İstənilən halda, o, indi qaçaqdır və filmin qalan hissəsində günahkar bir vicdan kimi onu izləyən üç insandan qaçır.

Bu yol ömür boyu tabe olmaqdan xilas olacağını gözləyən fərqli, özü görünməyən bir qadının kiçik dayanacaqlar təklif etdiyi bir yol, bir cığırdır (aktrisa Rəna Əsgərova bu obrazlardan ən azı üçünü və eyni zamanda görünməyən qadın rolunu ifa edir.Bu qadın hər fraqment arasında hərəkətsiz qalaraq sanki Davudu səsləyir). Qəhrəmanımız əvvəlcə beş ildir atasının tövləsində zəncirlənmiş və 10 gün əvvəl köpək dişlədiyindən bəri quduz olduğunu iddia edən bir qızla (Kubra Şükürova) qarşılaşır.

Bu qorxunc detallar yalnız ötəri  şəkildəxatırlanır və Baydarovun uzun ardıcıl çəkilişləri və sabit mənzərələri yalnız kontekst baxımından mürəkkəbdir; gördüyümüz hərəkət gözlənilməz bir qucaqlaşma və ya bir güləş yarışı iləməhdudlaşır və bu hadisələrin yaşandığı məkanlar içərisində baş verənlər  ekranın  üzərində mərkəzləşdiyi məsələlər  qədər gərginlik yaratmır. Dünya rəngsiz və obyektiv prizmadan ibarətdir və insanlar onun içindən keçən işıqdır. Filmin hər bir hissəsi Davudun ardınca kiminsə ölməsi ilə başa çatır, amma deyəsən, bu, göründüyü kimi deyil.

Təqibçilər quduz qıza yetişib onu atasının cansız cəsədinin yanında çirk içində yatarkən tapdıqda( bəzi hissələrdə ətinin olmalı yerlərdə təzə diş izləri ), qız onlara Davudun “geridə ölüm yox, sevgi”qoyub getdiyini söyləyir. Bir neçə dəfə cansız bədənə baxaraq  bu insanın başına gələnlər barədə iki fərqli fikir yürütmək olur və ya hərəkətlər bu nəticələr ilə qəribə melodiyalar yaradır.Ədalət  Baydarov qəhrəmanlarının həqiqətən açıq şəkildə ən az müzakirə etdiyi mövzulardan biridir,onun  subyektivliyi mövzu ilə bağlı bir fikir birliyinə gəldikləri anlayışdır. “Hər kəs dürüstdür” -deyə kimsə söyləyir. Yalanlar belə insan təbiətinə uyğundur.

Onun verdiyi bütün böyük fəlsəfi  suallara gəldikdə isə, “Səpələnmiş ölümlər arasında” filmindəsanki müəyyən bir itaətkarlıq hiss olunur və rejissor onun eyni şəkildə izlənilməsini istəyir. Buradakı heç bir şey təbiətinə görə “dini” deyildir, lakin filmdə səsləndirmənin  tanıdığımız dünyanın hüdudlarından kənara çıxan müəyyən, qeyri-bəşəri  mənəviyyatı var və filmin musiqisindəki davamlı parıltı onun necəbir yol keçdiyini aydın hiss etdirir. Baydarov üslubu  alleqoriya ilə dram arasındakı fərqi tarazlayır; Davudun yol kənarında bir qadınla qarşılaşması asanlıqla “Yol İzləyicisinin Məsəli” (özünə verdiyi adı qazanmaq üçün) halına gələ bilərdi. Qadının onu incidən əri ilə yoldan ötüb keçən  xeyirxah samaritan arasında baş verən dava sanki  maraqsız bir şəkildə çəkilib.Bu da yer üzündə baş verən hadisələrin  səmaya ucalmasına mane olur.Qəhrəman sanki, lazımsız yerə bu işə müdaxilə edir,qarışır.

Filmin  sonrakı fraqmentlərində film  başladığı yerə  geri dönür və vəziyyət bir qədər dəyişir. “Səpələnmiş ölümlər arasında” filmi sanki  gəzintiyə çıxmaq istəyən hər kəsin diqqətini cəlb etmək üçün onu  mərkəzdənqaçma qüvvəsi ilə saxlayır və bunu Davudun keçdiyi yolla eyni şəkildə (hətta fiziki cəhətdən) hekayənin mücərrəd hissələrini ardıcıl izah etməklə edir. Baydarov varlığımızın qeyri-maddi cəhətlərinin əslində mücərrəd olmadığını israr edir, əksinə  bu, bizim üzdüyümüz suyun, yaşadığımız həyatın özüdür. Həyat sadəcə ölüm arasında olan baş verənlərdirsə, 88 dəqiqəlik bu film ölümün yaşamaq arasında baş verdiyinə dair eyni dərəcədə səmimi sübut gətirir. Baydarovu kənarda tapdıqlarınız, anladıqlarımız deyil, dərk ediləcək nə qədər çox şeyin olduğunu fərq etməyiniz narahat edir.

Məqalənin orijinalı burada: https://www.indiewire.com/2020/09/in-between-dying-review-1234586000/

aki.az