Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinematoqrafçıları dəstəkləməyə davam edir.
AKİ-nin Kino Məktəbinin məzunu Elnur Paşanın “İp üstündəki qız” sənədli film layihəsi CEDOC Marketə (Central European Documentary Co-Production Market) 100-dən çox layihənin arasından seçilmiş 35 layihənin sırasına daxildir.
CEDOC Market, on ildən artıqdır ki, Krakov Film Festivalı ilə birgə keçirilir.
Avropadan və dünyadan tərəfdaşlar axtaran prodüserlər üçün Polşada yeganə sənədli film birgə istehsal bazarı olan CEDOC Marketin builki 10-cu buraxılışında pre-prodakşn mərhələsində olan 35 sənədli film və 10 nəfər prodüser layihəsiz iştirak edəcək. Tədbir “DOC LAB POLAND & UKRAINE” şüarı altında baş tutacaq. Bu il Marketə müxtəlif ölkələrdən (Polşa, Ukrayna, Cənubi Koreya, Konqo, Meksika, ABŞ, Böyük Britaniya, İsrail, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Danimarka, Norveç, İtaliya, Almaniya, Çexiya, Slovakiya , Macarıstan, Böyük Britaniya, Şotlandiya, İrlandiya və Rumıniya) rekord sayda layihə daxil olub.
Ailə dramı janrında olan “İp üstündəki qız” layihəsinin ssenari müəllifi və rejissoru Elnur Paşa, prodüserləri Türkan Hüseyn, Elnur Paşa və Zeynəb İsgəndərovadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihənin festivalda iştirakı üçün xərcləri qarşılayıb.
aki.az