İran-Azərbaycan birgə filmləri niyə yoxdur?

Azərbaycan Kinematoqrafçılar İttifaqında İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Əli Purmərcanla İttifaqın sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun görüşü baş tutub.

Görüşdə Mədəniyyət Mərkəzinin rəhbəri Ə.Purmərcan İran və Azərbacanın mədəni və tarixi yaxınlığına rəğmən birgə filmlərin olmamasından narahatlığını qeyd edib.

Qeyd olunub ki, hər iki ölkənin həm tarixi, həm də mədəniyyəti birgə filmlərin ərsəyə gəlməsi üçün geniş material verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov söhbət əsnasında İran kinosunun son nailiyyətlərinə valehliyini gizlətməyib və birgə filmlərin vacibliyini qeyd edib.

Qeyd edək ki, AKİ sədri Rüstəm İbrahimbəyovla İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Əli Purmərcanla olan ikitərəfli görüşdə İranlı kinematoqrafçıların Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində master klaslarla çıxış etməsi məsələsi də müzakirə olunub.

aki.az