Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən 2007-ci ildə AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında” 23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq təsis olunub.
Kino məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanması, istedadların aşkar olunmasıdır.
Tələbələr beş bölmədə təhsil alıblar: “Kinorejissorluq”, Kino dramaturgiya”, Prodüserlik”, “Kinoşünaslıq”, “Aktyor sənəti”, “Animasiya və multimedia”.
Dünya kino məşhurları ilə beynəlxalq profilli təşkilatlarla əməkdaşlıq nəticəsində tədris prosesi çərçivəsində periodik olaraq treninqlər təşkil olunub.
2008-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı Cənubi Qafqaz Müstəqil Kino xadimləri Assoiasoiyası ilə birgə (İFA-SC) Kino məktəbinin tələbələri üçün Cənubi Qafqazda bədii film layihələrinin inkişafı və sənədli kinonun yüksəlməsi üçün treninqlər keçirdilər.