Kino məktəbinin məzunu beynəlxalq proqramda

Gənc azərbaycanlı kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq film festivalı çərcivəsində “CEDOC co-production” marketdə iştirak edəcək.

Film 1990-cı il 20 yanvar hadisələri haqqında animasiya ilə hibrid sənədli filmdir. Proqramın əsas məqsədi layihələrin tanıdılması və digər ölkələrin də layihəyə dəstəyini cəlb etməkdir.

Türkan Hüseyn Rüstəm İbrahimbəyov adına Kino məktəbinin yetirməsidir.

aki.az