Kino Məktəbinin tələbəsinin filmi beynəlxalq festivalda
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi Gülnar Əliyevanın “Sərçə” cizgi filmi İtaliyanın Neapol şəhərində keçirilən Beynəlxalq Qısa Filmlər Festivalında iştirak edəcək.
Festival noyabrın 16-dan 20-dək davam edəcək.
Xatırladaq ki, Gülnar Aliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdindəki Kino Məktəbinin cizgi filmlərinin rejissor-rəssamı şöbəsini bitirib. “Sərçə” cizgi filmi onun diplom işidir.
Film rejissor Firəngiz Qurbanovanın rəhbəri olduğu “Birlik” studiyasında çəkilib.
Filmin prodüseri Firəngiz Qurbanova, rəssamı Zema Əhədovadır.
aki.az