Mİllİ KİNO TARİXİMİZDƏN – “ARŞIN MAL ALAN”

“Milli Kino Tariximizdən” adlı  rubrikamızda bu dəfə “Arşın mal alan” filmindən bəhs edəcəyik. Böyük bəstəkar, ope­ra sə­nə­ti­nin ba­ni­si ki­mi ta­nınan Üze­yir Ha­cı­bə­yov “Ar­şın mal alan”ı 1913-cü il­də – Pe­ter­burq­da təh­sil alar­kən ya­zıb. Köh­nə əx­laq nor­ma­la­rı­na qar­şı çev­ril­miş azad sev­gi əsə­rin əsas möv­zu­su­nu təş­kil etdiyi üçün yazıldığı ilin ok­tyab­rın­da Ba­kı­da ta­ma­şa­ya qo­yulub və və bö­yük uğur qazanıb. “Ar­şın mal alan”ın ilk ta­ma­şa­la­rın­dan bö­yük şöh­rət qa­zan­ma­sı, in­qi­lab­dan əv­vəl ye­ni ya­ran­maq­da olan ki­no sə­nə­ti ilə məş­ğul olan kinematoqrafçıların da diqqətini çəkib. Bu barədə bir qədər sonra…

Üze­yir Ha­cı­bə­yo­vun xa­ti­rə­lə­rin­dən

Maraqlıdır, görkəmli bəstəkar 1913-cü il­də “Ar­şın mal alan”ı ya­zar­kən nə­lər fi­kir­lə­şib, nə­lə­ri nə­zər­də tu­tub, qəh­rə­man­la­rı­na olan mü­na­si­bə­ti ne­cə olub? Axı onun qəh­rə­man­la­rı tə­rif­lən­di­yi ki­mi tən­qi­də də mə­ruz qa­lıb­lar: “Bu əsər, in­qi­lab­dan əv­vəl yaz­dı­ğım so­nun­cu əsə­rim­dir. Onun sü­je­ti Qa­ra­ba­ğın Şu­şa şə­hə­ri­nin hə­ya­tın­dan alın­mış­dır. “Ar­şın mal alan” ya­zı­lıb qur­tar­dıq­dan son­ra mən çar sen­zu­ra­sın­dan əsə­rin çap edil­mə­si və oy­na­nıl­ma­sı üçün ica­zə al­ma­ğa çox vaxt sərf et­dim, çox əziy­yət­lər çək­dim. Bu əsər 1913-cü il­də ilk də­fə oy­nan­dı­ğı za­man, Ba­kı bur­jua­zi­ya­sı­nın “Kas­pi” qə­ze­ti tə­rə­fin­dən son də­rə­cə hör­mət­siz­lik və nif­rət­lə qar­şı­lan­mış­dır. On­lar bu əsə­ri “qız­la­rı­mı­zı pis yo­la ça­ğır­maq­da” töh­mət­lən­di­rir­di­lər. Bə­zi­lə­ri Əs­gə­ri idea­li­zə edə­rək onu açıq fi­kir­li, ye­ni­lik tə­rəf­da­rı, kul­tu­ra mü­da­fiə­çi­si ki­mi gös­tə­rir­di­lər. Hal­bu­ki bu ta­ma­mi­lə yan­lış və sax­ta fi­kir idi. Əs­gər hər şe­yə bir ta­cir ki­mi ba­xan adam­dır. O, əgər qı­zı gö­rüb al­maq is­tə­yir­sə, bu onun ye­ni hə­yat tə­rəf­da­rı ol­du­ğu üçün yox, ta­cir ol­du­ğu üçün idi. O, ala­ca­ğı qız­la ar­şı­nı 12 qə­pik­lik çi­ti ey­ni də­rə­cə­də qiy­mət­lən­di­rir: çi­tin sa­fı, çü­rü­yü ol­du­ğu ki­mi, qı­zın da ko­ru, ço­pu­ru və ona la­yiq ol­ma­ya­nı ola bi­lər. Məhz bu­nun üçün də ta­cir “ma­lı” gö­rüb al­maq is­tə­yir. Həm də Sol­tan bəy ki­mi­lə­ri­nin qı­zı­nı! Yox­sa Əs­gər­dən ide­ya göz­lə­mək, onu açıq fi­kir­li bir cə­miy­yət nü­ma­yən­də­si ki­mi gös­tər­mək, ta­ma­mi­lə yan­lış fi­kir­dir. Ok­tyabr in­qi­la­bı “Ar­şın mal alan”da­kı hə­ya­tı ta­ri­xin ar­xi­vi­nə ver­miş­dir. İn­di­ki azər­bay­can­lı gənc­lər bu hə­ya­ta yal­nız ta­ri­xi bir ha­di­sə ki­mi ba­xır­lar. İn­di hə­ya­tı­mız­da ar­şın­mal­çı­lar ol­ma­dı­ğı hal­da, be­lə bir əsər tam­şa­çı­nı ma­raq­lan­dı­rır. Mən­cə, bu­nun sə­bə­bi əsə­rin re­al­lı­ğı və məz­mu­nu­nun ma­raq­lı ol­ma­sın­da­dır”.

1916-cı il…Ba­kı­da “Film” ak­sio­ner cə­miy­yə­ti­nin tə­şəb­bü­sü ilə re­jis­sor Svet­lov “Arşın mal alan” filmini çəkir. Əs­gər ro­lun­da H.Sa­rabs­ki, Gül­çöh­rə ro­lun­da Q.Ağ­dams­ki, Sü­ley­man ro­lun­da M.A.Əli­yev, Sol­tan bəy ro­lun­da Ə.Hü­seyn­za­də, Və­li ro­lun­da H.Te­re­qu­lov, Gül­ca­han ro­lun­da Ç.Nə­ri­ma­no­va çə­kil­sə də, film uğur qazanmır. Bu durum Üze­yir Ha­cı­bə­yo­vu və bir sı­ra Azər­bay­can zi­ya­lı­la­rı­nı na­ra­hat edib.”Sov­qat” və “Kas­pi” qə­zet­lə­rin­də yazılır ki, 1917-ci il yan­va­rın 1-də ek­ra­na bu­ra­xı­lan “Ar­şın mal alan” əsə­ri bir ne­çə gün­dən son­ra ek­ran­dan çı­xa­rıl­dı.

1917-ci il…Ki­no sə­nə­ti ilə heç bir əla­qə­si ol­ma­yan Bel­ya­kov soyadlı biri  “Ar­şın mal alan” ko­me­di­ya­sı­nı ek­ran­laş­dır­maq­la məş­ğul ol­ub. Bu ba­şa bə­la ek­ran­laş­dır­ma haq­qın­da mə­lu­mat çox az­dır. De­mək olar ki, bu çə­ki­liş­də o döv­rün heç bir məş­hur ak­tyo­ru iş­ti­rak et­mə­yib və film mu­si­qi­siz və de­ko­ra­si­ya­sız çə­kil­ib. Bel­ya­kov fil­mi Azər­bay­can xa­lı­la­rı fo­nun­da çək­mək­lə gu­ya mil­li ko­lo­rit ya­rat­maq istəyib. 1917-ci ilin no­yabr ayın­da “Fo­rum” ki­no te­at­rın­da cə­mi iki gün gös­tə­ri­lən bu film də sə­nət əsə­ri adı­na bir böh­tan ki­mi səs­lən­ib.

1936-cı il…Erməni əsilli rejissor Ruben Mamulyan  “Arşın mal alan” ekranlaşdırır. Amerikada istehsal olunan bu filmdə nəinki müəllifin, heç Azərbaycanın adı çəkilməyib. Ermənilər özlərinə xas “mədəniyyət”i hələ o vaxtlardan nümayiş etdiriblər. Bu film də uğursuz alınıb. Gördüyünüz kimi, “Arşın mal alan” əsərinin kino yolu heç də hamar olmayıb, əksinə təzadlı olub.

1945-ci il…Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin qələbəyə yaxın olsa da ən ağır illəri…Görkəmli kinorejissor, pedaqoq Rza Təh­ma­sib Azər­bay­can te­at­rı­nın ən qüdrətli  ak­tyor və re­jissor­la­rın­dan bi­ri olub. O, Mosk­va­da yük­sək aka­de­mik ki­no təh­si­li al­dıq­dan son­ra bir çox film­lə­rin çə­ki­li­şin­də iş­ti­rak edib və “Ar­şın mal alan” fil­min­də özü­nün re­jis­sor­luq is­te­da­dı­nı bir da­ha sü­but edib.

Qeyd edək ki, 1945-ci ildə lentə alınan “Ar­şın mal alan”ın çə­ki­li­şi çox ağır gün­lə­rə tə­sa­düf edib. Mosk­va­nı təh­lü­kədə olduğu bir zamanda “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sı “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nı çək­mə­yə baş­layıb.

Rza Təh­ma­sib öz xa­ti­rə­lə­rin­də ya­zır: “Mü­ha­ri­bə­nin ağır il­lə­rin­də biz fil­mi Mosk­va­ya təh­vil ver­mə­yə apar­mış­dıq. Mosk­va­da və­ziy­yət çox ağır idi. Bə­zi kü­çə­lər­də hə­lə də ge­diş-gə­liş bər­pa edil­mə­miş­di. Fil­mi qə­bul edən ko­mis­si­ya­nın bə­zi üzv­lə­ri bi­zi so­yuq qar­şı­la­dı­lar. Ba­xış­dan son­ra mü­ba­hi­sə qı­zış­dı. Bi­zi hət­ta mə­zəm­mət edən­lər də ol­du. Açıq­ca de­yir­di­lər ki, bu vur­ha-vur­da “Ar­şın mal alan” ye­ri­dir?”. Filmə ba­xış­dan iki gün son­ra “Arşın mal alan” Mosk­va­nın iki ki­no-te­at­rın­da ek­ra­na bu­ra­xıl­ıb. Üç gün son­ra isə 18 ki­note­atr­dan “Ar­şın mal alan”ın sə­da­sı eşi­di­lib. Nəhayət ki, gözlənilən nəticə əldə edilmişdi, film böyük uğur qazanmışdı. Bir məqamı da unutmayaq ki, üç uğursuz müraciəıtdən sonra Üzeyir bəy şəxsən özü Rza Təhmasiobin quruluşunda çəkilən filmin çəkiliş prosesində son ana qədər iştirak edib.

Azər­bay­can ak­tyor­la­rı­nın ya­ra­dı­cı­lıq im­kan­la­rı­na ya­xın­dan bə­ləd olan Təh­ma­sib, məhz Üzeyir bəylə bərabər film­də gö­zəl ak­tyor an­samb­lı ya­radıb və rol böl­gü­sün­də heç bir səh­və yol ver­mə­yib. Rə­şid Beh­bu­dov, Mü­nəv­vər Kə­lən­tər­li, İs­ma­yıl Əfən­di­yev, Ələk­bər Hü­seyn­za­də, Lüt­fə­li Ab­dul­la­yev, Ley­la Bə­dir­bəy­li, Fat­ma Meh­rə­li­ye­va və baş­qa­la­rı­nın ya­rat­dıq­la­rı ob­raz­lar ta­ma­şa­çı­la­rın xa­ti­rin­dən uzun il­lər­dir ki, si­lin­mək bil­mir. Fil­m ek­ra­na çıx­dıq­dan son­ra mər­kə­zi mət­bua­t­da əsl sə­nət nü­mu­nə­si ola­raq tə­rif­lənib və yal­nız Azər­bay­can ki­ne­ma­toq­ra­fi­ya­sı­nın nai­liy­yə­ti ki­mi de­yil, həm də so­vet ki­no sə­nə­ti­nin nai­liy­yə­ti ki­mi qeyd olunub.Rza Təh­ma­si­bin çək­miş ol­du­ğu “Ar­şın mal alan” fil­mi mü­ha­ri­bə­dən son­ra So­vet İt­ti­fa­qı­nın ti­ca­rət və mü­ba­di­lə əla­qə­si olan döv­lət­lər tə­rə­fin­dən sor­ğu-su­al­sız alınıb. Məhz elə bu­na gö­rə də “Eks­port film”in (xa­ri­ci öl­kə­lər­lə film ti­ca­rə­ti edən təş­ki­lat) tə­şəb­bü­sü ilə beşinci də­fə rəng­li və ge­niş ek­ran­lı “Ar­şın mal alan” fil­mi­nin çə­kil­mə­si plan­laş­dı­rı­lıb.

1965-ci il…Mərkəzi televiziyanın sifarişi ilə “Arşın mal alan” filmi Azərbaycanfilm kinostudiyasının planına salınır və həmin il də çəkilişlər başlayır. Tofiq Tağızadənin quruluşunda çəkilən film günümüzdə baxılsa da, heç də birmənalı qarşılanmayıb. Filmdəki rol bölgüsü və filmlər arasında oxşaq obrazları oymnayan aktyorların ifası müqayisə olunaraq üstünlük 1945-ci ilin çəkilişinə verilib.

HAŞİYƏ: 1971-ci il­də çap olu­nan “Elm və hə­yat” jur­na­lı­nın 1-ci sa­yın­da çə­ki­lən “Ar­şın mal alan” film­lə­ri­nin mü­qa­yi­sə­si­nə geniş yer verilib: “Tə­əs­süf­lər ol­sun ki, ca­van və is­te­dad­lı re­jis­sor­la­rı­mız­dan olan To­fiq Ta­ğı­za­də­nin çək­miş ol­du­ğu “Ar­şın mal alan” fil­min­də rol böl­gü­sü düz­gün apa­rıl­ma­yıb. Cə­sa­rət­lə de­mək olar ki, son “Ar­şın mal alan” fil­min­də Sol­tan bəy ro­lun­da Ağa­da­daş Qur­ba­nov və Ca­han xa­la­nı oy­na­yan Nə­ci­bə Mə­li­ko­va­dan baş­qa qa­lan ak­tyor­lar öz oyu­nu ilə bi­zi tə­min et­mir. On­la­rın ya­rat­dıq­la­rı ob­raz­lar yad­da qal­mır”.

Bildiyimiz kimi, Ağa­da­daş Qur­ba­nov və Nə­ci­bə Mə­li­ko­va öz döv­rü­nün görkəmli sə­nət­kar­la­rı he­sab olu­nub­lar. Hər iki sə­nət­ka­rın ya­rat­dı­ğı Sol­tan bəy və Ca­han xa­la ob­raz­la­rı sö­zün hə­qi­qi mə­na­sın­da da heç də Bö­yük Və­tən mü­ha­ri­bə­sin­də çə­kil­miş “Ar­şın mal alan” fil­min­də Sol­tan bəy və Ca­han xa­la ro­lun­da çə­ki­lən Mü­nəv­vər Kə­lən­tər­li və Ələk­bər Hü­seyn­za­də­dən zə­if oy­na­ma­yıb­lar. Eləcə də 1965-ci il­də çə­ki­lən film­də di­gər ak­tyor iş­lə­ri də zə­if de­yil. Əgər Rə­şid Beh­bu­dov vo­kal ifa­çı­lı­ğı ilə Əs­gər ob­ra­zı­nı da­ha ci­la­la­yıb­sa, Hə­sən Məm­mə­dov Əs­gər ob­ra­zı­nı ya­ra­dar­kən özü­nün ak­tyor ta­lan­tı­na, is­te­da­dı­na ar­xa­yın olub və nə­ti­cə­də də ma­raq­lı bir ob­raz ya­ra­da bi­lib. Elə­cə də Ley­la Bə­dir­bəy­li (Gül­çöh­rə) ilə Ley­la Şıx­lins­ka­ya, Fat­ma Meh­rə­li­ye­va (As­ya ro­lu­na gö­rə) ilə Xu­ra­man Ha­cı­ye­va və s.

To­fiq Ta­ğı­za­də­nin “Ar­şın mal alan” haq­qın­da olan xatirələrinə nəzər salaq: “Üze­yir Ha­cı­bə­yov öz məş­hur ope­ret­ta­sın­da ya­rat­dı­ğı qəh­rə­man­la­rı keç­mi­şin adət-ənə­nə­lə­ri­nə qar­şı qoy­muş­dur. On­lar azad sev­gi uğ­run­da mü­ba­ri­zə apa­rır və qa­lib gə­lir­lər. Həm­ka­rım M.Da­da­şov­la bir­lik­də sse­na­ri üzə­rin­də ye­ni­dən iş­lə­yər­kən əsə­rin də­rin və mə­na­lı ide­ya­sı­nı ta­ma­şa­çı­la­ra da­ha ay­dın çat­dır­maq və­zi­fə­si­ni qar­şı­ya qoy­muş­duq. Ki­no­nun di­lin­dən və im­kan­la­rın­dan is­ti­fa­də olun­maq­la sse­na­ri­yə bir sı­ra əla­və­lər də et­mi­şik. Be­lə ki, mü­əl­lif Üze­yir Ha­cı­bə­yo­vun ope­ret­ta­sı­na əsas­la­na­raq Gül­çöh­rə­ni gö­rə­nə qə­dər Əs­gə­ri bir çox çə­tin­lik­lər­lə üz­ləş­dir­mi­şik. Ta­cir Əs­gər ar­şın­mal­çı li­ba­sı­nı ge­yin­dik­dən son­ra çox yer­lə­ri gə­zir, or­ta və aşa­ğı tə­bə­qə­lər­dən olan adam­lar­la gö­rü­şür, on­la­rın hə­yat tər­zi ilə ta­nış olur. Biz qəh­rə­man­la­rın sev­gi­si­ni rəm­zi plan­da ver­mi­şik. On­lar bir-bir­lə­ri­ni öz­lə­ri ta­pır­lar. Bu səh­nə­dən son­ra sse­na­ri­yə-Gül­çöh­rə­nin ge­cə vax­tı tə­biə­ti sey­rə dal­ma­sı, onun­la da­nış­ma­sı haq­qın­da və onun dün­ya­gö­rü­şü­nü ay­dın­laş­dır­maq üçün xü­su­si epi­zod əla­və et­mi­şik”. Rejissor onu da qeyd edib ki, də­yi­şik­lik­lər və əla­və­lə­rin ha­mı­sı haq­qın­da da­nış­maq müm­kün olmasa da, sadəcə onu demək olar ki, filmdəki ha­di­sə və əh­va­lat­la­rın ço­xu­nu otaq­dan tə­biə­tin qoy­nu­na, mən­zə­rə­li yer­lə­rə kö­çürülüb. Və bütün bunlar me­xa­niki su­rət­də de­yil, ari­ya, du­et və səh­nə­lər­lə əla­qə­dar ola­raq, dü­şü­nül­müş hal­da edil­ib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı