6-12 sentyabr tarixlərində XX Beynəlxalq Kazan Kino Festivalı – “Altın Minbər” keçiriləcək. Festivalda 40 ölkədən kinematoqrafçı iştirak edəcək. Layihə çərçivəsində 140-dan çox film nümayiş olunacaq.
Festivalın müsabiqə proqramının NETPAC bölümünün münsif heyətində kino tarixçisi, kinoşünas, jurnalist, fəlsəfə elmləri namizədi, S. A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin aparıcı elmi işçisi (VGİK) Maksim Kazyuçits (Rusiya); səs mühəndisi, Tatarıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Tatarıstan Respublikasının kino veteranı Alfiya Yaroş (Rusiya, Tatarıstan); Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas, pedaqoq Nadir Bədəlov (Azərbaycan) iştirak edir və NETPAC münsiflər heyətinin sədridir.
Bununla yanaşı qeyd edək ki, Azərbaycan sözügedən festivalda iki filmlə təmsil olunur. Belə ki, Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” tammetrajlı bədii filmi “Rusiya -İslam dünyası” proqramında, Ərturan Nəcəfi Gölün “Novruz” sənədli filmi isə müsabiqədənkənar nümayiş olunacaq.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı NETPAC (Network for the Promotion of Asian Cinema) təşkilatına 2022-ci ildən üzv olub.
aki.az