“Oskar” mükafatında yeni era başlayır
16 may 1929-cu ildə Oskar mükafatı 270 nəfərlik tamaşaçının iştirakı ilə ilk təqdimat mərasimi keçirildi. Təqdimatda film sənayesi sənətkarları, rejissorları və digər iştirakçılar 15 mükafat qazandı. İllər keçdikcə bu mükafatın təqdimatında bir çox dəyişikliklər baş verdi. İstər tamaşaçıların çoxalması baxımından, istər seçim turu, istərsə də təqdimatda iştirak etmək üçün satılan biletlərin qiymət dəyişikliyi baxımından və s. olan dəyişikliklər mükafatın səviyyəsini, təqdimat mərasiminin yüksək səviyyədə qeyd olunmasını daha da gücləndirdi. Bəlkə də belə davam edərdi, ancaq 2020-ci ilin dünyamıza fərqli şəkildə daxil olması bir çox dəyişikliklərə səbəb oldu.
Koronavirus pandemiyasının başlanması ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsinə dünya səviyyəsində qadağa qoyuldu ki, bu Oskar mükafatından da yan keçmədi. Türkiyə mətbuatının (gazeteduvar.com və yenicaggazetesi.com) məlumatına görə, “Oscar” mükafatının verilmə qaydalarına dəyişikliklər oldu.
Öncəliklə ilk yenilik ondan ibarətdir ki, bu il kinoteatrlarda, xüsusi yarışa daxil olacaq filmlərin nümayişinə ehtiyac olmayacaq.
Aprel ayının 28-də Oskar Akademiyasının (Kinematoqrafiya İncəsənət və Elmlər Akademiyası) iclası keçirilib və həmin iclasda mühüm qərarlar qəbul olunub.
İkinci dəyişiklik odur ki, öncə kinoteatral yayıma daxil olmağı planlaşdıran, lakin koronavirus səbəbindən rəqəmsal platformalarda birbaşa yayımlanan filmlər qiymətləndiriləcəkdir. Bir sözlə, rəqəmsal platformalar üçün birbaşa çəkilmiş filmlər fəaliyyət sahəsindən kənarda qalacaq.
Digər mühüm dəyişiklik ən yaxşı səs fantastika və daha yaxşı səs qarışdırma filiallarında verilən mükafatların birləşməsidir. Bu baxımdan da mərasimdə təqdim olunacaq mükafatların ümumi sayı 23-ə qədər azalıb.
“Ən yaxşı beynəlxalq film” kateqoriyasında səsvermənin birinci mərhələsində Akademiyanın bütün üzvləri üçün açıq olacaq və qərara alınıb ki, “ən yaxşı musiqi” kateqoriyasında olan filmlərin musiqisinin ən azı 60% orijinal olması gözlənilir.
İclasın sonrakı prosesində Akademiya tərəfindən qəbul edilmiş dəyişikliklər müvəqqəti olaraq ləğv edilib və filmlərin bir həftədən az olmayaraq Los-Ancelesdəki kinoteatrlarda nüqmayişi tələb olunub. Beləliklə də rəqəmsal formada buraxılmış filmlər də Oskarın qarşıdan gələn mərasimi üçün namizəd ola bilər. Ancaq bunun üçün də mühüm şərt qoyulub.
Bundan başqa, yeni qaydalara görə, 2021-ci ildə kinoteatrda nümayiş olunmayan, amma onlayn şəkidə tamaşaçılara göstərilən filmlər də müsabiqədə iştirak edə bilər. Bildirilir ki, həmin qaydalar kinoteatrlar açılana qədər qüvvədə ola bilər. Və film sahibləri akademiyaya təqdim edəcəkləri ekran əsərini onlayn nümayiş etdirdikdən sonra 2 ay ərzində xüsusi yaradılmış saytda yerləşdirməlidirlər. Bundan sonra isə akademiyanın üzvləri filmləri izləyib qiymət verməlidirlər. Hələlik yeni qaydalar haqqında bu qədər məlumat verilir. Ola bilsin yeni dəyişikliklər ola bilər. Çünki 93-cü Oskar mükafatlandırma mərasiminin 2021-ci il 28 fevral tarixində keçirilməsi planlaşdırılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı