“Özbək kinosu günləri” başlayıb

Azərbaycanda “Özbəkistan kinosu günləri”nə start verilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 7-9 dekabrda keçiriləcək kino günlərində filmlərin nümayişi Azərbaycan Dövlət Film Fondunda və  Nizami Kino Mərkəzində baş tutacaq.

Dekabrın 7-də saat 12.00-da Dövlət Film Fondunda “Fəridənin 2000 mahnısı” filmi nümayiş olunacaq. Eyni gündə saat 18.00-da “Nizami” kinoteatrında Özbəkistan Kinosu Günlərinin açılışı olacaq.

Açılış mərasimindən sonra “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdiriləcək.

Dekabrın 8-i saat 17.00-da “Maksud Şeyxzoda” filminin, 18.00-da isə “101-ci uçuş” filminin nümayişi gözlənilir.

Dekabrın 9-u saat 14.00-da “Baron 2” filmi, saat 19.00-da isə “Qadın taleyi” filmi göstəriləcək.

Giriş sərbəstdir.

aki.az