1990-cı illərin əvvəllərində, Azərbaycanda ictimai-siyasi həyatda böyük dəyişiklilər gedəndə və mədəniyyət sahəsində gedən proseslərin müstəqil qiymətləndirilməsi kimi zərurət yarananda Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan milli film müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul edir. Peşəkar kino cəmiyyəti ölkədə yaradılmış kino işlərini qiymətləndirməli və kino xadimlərinin xidmətlərini qeyd etməli idilər.
İlk müsabiqə 1991-ci ildə, ikincisi 1993-cü ildə, üçüncüsü isə 1995-ci ildə keçirilir. 90-cı illərin ortalarında Azərbaycan kinematoqrafiyası ciddi çətinliklər yaşayır, bu əsl durğunluq dövrü idi, ona görə müsabiqə obyektiv səbəblərdən öz işini dayandırır.