Azərbaycan Kinematoqrafçıları İttifaqının yaranması tarixi öz başlanğıcını 1958- ci ilin yanvarından, “Azərbaycan Kino Işçiləri Ittifaqı Təşkilatı Bürosu”nun təsis olunduğu vaxtdan götürüb. Büronun başçısı Lətif Səfərov, nüavini kinorejissor Hüseyn Seyidzadə idi. Təşkilat Bürosu beş şöbədən ibarət idi:
“Bədii kinematoqrafiya”, “Dramaturgiya, nəzəriyyə və tənqid”, “Sənədli və elmi-populyar kinematoqrafiya”, “Elm və texnika”, “Kino sevərlər”.
Azərbaycan Kinematoqrafiya İşçiləri ittifaqı üzvlərinin ümumi sayı 82 nəfər təşkil edirdi.
1960-cı il fevralın 10-da Kino Evi açılır. Bu vaxtadək İttifaq üzvlərinin sayı yüzə çatır: rejissorlar ssenari müəllifləri, operatorlar, aktyorlar, rəssanlar, bəstəkarlar.
Yekun olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963- cü ilin 11 yanvarında baş tutan I Quruculuq Qurultayında formalaşır.
AKİ nin II Qurultayında ( 22-23 dekabr 1964-cü il) təşkilatın idarə rəhbəri olaraq kinorejissor Həsən Seyidbəyli seçilir.
1976- cı ilin martında AKİ-nin nəzdində Sovet Kino Sənətinin Təbliğatı Bürosunun Azərbaycan şöbəsi yaradılır. Şöbə əhali üçün film nümayişləri keçirir, çoxlu sayda yaradıcı görüşlər təşkil edir.
1981- ci ilin mayında AKİ-nin V qurultayında Təşkilatın idarə heyətinin birinci katibi kinodramaturq Rüstəm İbrahimbəyov seçilir.
1985-ci ildə baş tutan VI qurultay kinematoqrafın cari problemlərinə həsr olunur.
VII Qurultay SSSR-də və Azərbaycanda yenidənqurma dövründə keçirilir. Bu, 1990- cı il idi. Yeni yaranmış ictimai-sosial şəraitdə – kinoprosesin obyektiv qiymətləndirilməsi lazım olduğu bir zamanda AKİ “Azərkinovideo” istehsalat Birliyi ilə birgə milli kinonun yeni inkişaf proqramını və konsepsiyasını işləyir. Və Kinematoqrafçılar İttifaqı İdarə Heyəti katibliyi Azərbaycan milli filmlərinin müsabiqəsini təsis etməyi qərara alırlar.
( İlk müsabiqə 1991-ci ildə , ikinci 1993-cü ildə, üçüncüsü isə 1995-ci ildə keçirilir)
90-cı illərin sonunda Azərbaycan cəmiyyətinin özü kimi Azərbaycan kinematoqrafiyası da ciddi çətinliklər yaşayır və müsabiqə öz işini dayandırır. Yalnız 8 ildən sonra, 2003-cü uldə müsabiqə bərpa oluna bilir; münsiflərə bütün bu illər ərzində – 1995-2002-ci illərdə istehsal olunmuş filmlər təqdim olunur; müsabiqə “Qızıl Çıraq” (Zolotaya lampada”) adını alır.
2006-cı ilin 2 avqustunda V Qızıl Çıraq Milli Kino Mükafatının təqdimetmə mərasimi keçirilir.