Fevralın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında “13” bədii-sənədli filminin nümayişi baş tutub.



Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən filmin ideya müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.
Qeyd edək ki, filmdə haqqında bəhs edilən 13 nəfər gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur.

