31-ci “Rusiya” sənədli kino festivalına filmlərin qəbulu açıq elan edilib

“Rusiya” sənədli kino festivalı müsabiqəsinə film qəbuluna start verilib. Festival 23-28 noyabr 2020 – ci il tarixlərində Yekaterinburqda keçiriləcək.

Qeyd edək ki, xarici filmlər üçün də  açıq olan “Rusiya” sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur. Yekaterinburqda keçirilən festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, eyni zamanda elmi-kütləvi və sənədli televiziya filmləri də daxil edilir. Müsabiqədə iştirak etmək istəyənlərinə nəzərinə çatdıraq ki, ərizələr 10 sentyabr 2020-ci il tarixinədək qəbul edilir. Festivalda iştirak etmək istəyənlər bu linkdən ərizə forması ilə tanış ola bilərlər:

https://docs.google.com/forms/d/1QA7ylEzrMYSWKop9n08U8GIz0r6bbBDF2q3G2qviy60/edit

Aki.az