Kino şöbəsinin adı niyə dəyişdirildi?

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Real TV-yə müsahibə verib.

Müsahibədə Zəfər muzeyinin konsepsiyası haqqında danışan nazir müavini, eyni zamanda nazirlikdə yeni yaranan və adları dəyişdirilən şöbələrdən və ölkədə həyata keçirilən mədəni tədbirlərdən də bəhs edib.

E.Əliyev müsahibədə Kinematoqrafiya şöbəsinin adının dəyişdirilməsini şərh edib: “Kinematoqrafiya şöbəsinin adı dəyişdirilərək “Audiovizual və interaktiv media şöbəsi” adlandırılıb ki, bunun da məqsədi məsuliyyətin daha çox ekranla bağlı olunmasından ibarətdir. Və ən əsası Azərbaycanın milli maraqlarının qorunmasıdır. Bildiyiniz kimi, mövcud vəziyyətdə ekran çox böyük təsir gücünə malikdir, xüsusilə gənclərə böyük təsir göstərir. Biz də çalışdıq ki, nazirliyin strukturu bu çağırışlara cavab versin”.

Nazir müavini müsahibədə yeni hazırlanan mədəniyyət strategiyasından da danışıb: “Mədəniyyət strategiyasının hazırlanması çox vacib mərhələlərdən biridir. Bu strategiyada çalışırıq ki, 10 milyon deyil, 50 milyon azərbaycanlını əhatə edək. Digər məqsədlərimizdən biri də mədəni irsimizə sahib çıxmaqdan ibarətdir. Bu sahədə çox vacib bir layihəni artıq yekunlaşdırmışıq”.

Müsahibənin tam versiyası bu linkdə:

 

aki.az