F.F.Koppola: Nifrətə layiq filmlər
“The Holliwood reporter” jurnalı rejissor Frensis Ford Koppolanın GQ jurnalına verdiyi müsahibəsini yayımlayıb.
Rejissor “Marvel” studiyasının filmləri barədə fikirlər səsləndirərək deyib: ”Mən o filmlərin hər ikisindən eyni epizodu çıxarıb onları bir araya gətirib bir filmdə birləşdirə bilərdim”.
Üç il əvvəl “Marvel” studiyasının filmlərini “kino” hesab etmədiyi üçün mənfi reaksiya ilə üzləşən Martin Skorsezin müdafiəsinə qalxan Koppola öz rəyləri ilə diqqəti cəlb etmişdir. Koppola həmin fikirlərə həmrəy olduğunu bildirmiş, hətta o filmlərin “nifrətə layiq olduğunu” demişdir. Cümə axşamı yayımlanan GQ jurnalına müsahibə verən rejissor “Marvel” studiyası haqqında fikirlərini bölüşüb. Hollivudda indi “Marvel” studiyasının filmləri üstünlük təşkil edir. Koppolanın sözlərinə görə, bu filmlər fərqli görünmək üçün yeni versiyalarda yaradılsa da, onlar əslində bir filmin oxşarı, prototipləridir.
“Əvvəllər müxtəlif studiyaların filmlərini görürdük. İndi Marvel studiyasının filmlərini görürük. Bəs Marvel filmləri nədir? Marvel filmləri fərqli görünmək üçün təkrar-təkrar çəkilmiş, bir-birinin oxşarı olan filmlərdir” deyə o, dərgiyə bildirib.
F.F.Koppola öz fikrini Denis Villnyovun “Dyun” (“Dune”) və Keri Fukunaqanın “Ölmək zamanı deyil” (“No Time to Die”) filmlərinə istinadən davam etmiş, onları “istedadlı kinorejissorlarla” “yaxşı filmlər” hesab etdiyini, lakin yenə də bu filmlərdə oxşarlıq hiss olunduğunu bildirmişdir.
O fikirlərini belə izah edib: “Hətta istedadlı insanların belə, məsələn, son dərəcə istedadlı rejissor Denis Villnyov tərəfindən çəkilmiş “Dyun” (“Dune”) filmini və ya başqa bir istedadlı rejissor Keri Fukunaqanın “Ölmək zamanı deyil” (“No Time to Die”) filmlərini götürək, hər iki filmdən eyni epizodu çıxarıb bir araya gətirərək birləşdirə bilərik. Bütün maşınların bir-biri ilə toqquşduğu səhnəni misal çəkə bilərik”.
O, sözlərinə belə davam etmişdir: ”Bu filmlərin hamısında bu görüntülər var və öz büdcələrini əsaslandırmaq üçün belə görüntülər olmalıdır. Bu da bizim yaxşı filmlər və istedadlı rejissorlar”.
Villnyovun “Dyun”(“Dune”)filmi “ən yaxşı film” nominasiyası da daxil olmaqla “Oskar” mükafatı üzrə 10 nominasiyada namizəddir. ”Ölmək zamanı deyil” (“No Time to Die”) filmi isə ən yaxşı orijinal mahnı nominasiyası ilə birlikdə üç nominasiya üzrə “Oskar” mükafatına namizəddir.
Müsahibə zamanı F.F.Koppola rejissor Stiven Spilberqin “Vestsayd əfsanəsi” (“Westside History”) filmini kinoteatrlarda görmək istədiyini və bu filmin kassa relizlərinin əhəmiyyətini xatırladacağına ümid etdiyini dilə gətirmişdir.
“İstəyirəm ki, “Vestsayd əfsanəsi” (“Westside History”) filmi inanılmaz iş görərək, insanlara kinoteatral nümayişin onlayn platformalarda yayımdan daha vacib olduğunu xatırlatsın. Striminq – sadəcə ev videosudur” deyə o, sözünə davam etmişdir. Koppola sonra qeyd etmişdir ki, film və film çəkilişinə gəldikdə, o, həmişə uşaqlarına filmlərinin “özəl olmasını” tövsiyə edir.
“Mən həmişə Sofiyaya, (tanınmış rejissor S. Koppola nəzərdə tutulur) uşaqlarıma deyirəm:”Qoy sizin filmlərinizin özəlliyi olsun. Filmləri həmişə daha özəl etməyə çalışın, çünki sizin həyatda olmağınız özü bir möcüzədir. O zaman sizin incəsənətiniz də bir möcüzə olacaq, çünki sizin sənət əsəriniz başqasında olmayan materialları özündə əks etdirəcək” deyə rejissor bildirmişdir.
”Sizin, bir yolun, məktəbin bir parçası olduğunuzu nəzərə alaraq və ya “Bəli, mən “Marvel” studiyasının filmlərindən çəkəcəyəm, bu bir düsturdur və mən bunu başa düşürəm. Əlimdən gələni edəcəyəm” deyərkən belə əminəm ki, yenə də fərdi olacaq, ancaq bunu sənət olaraq edin və fərqli bir şey yaradın. Amma sənətlə məşğul olacaqsınızsa, qoy o şəxsi olsun. Qoy bu sənət sizin üçün şəxsi, özəl olsun”.
Bu il Koppola rejissoru olduğu “Xaç atası”(“Godfather”) filminin 50 illiyini qeyd edəcək və gələn ay ICG Publisist Awards mükafatlandırma mərasiminin 59-cu buraxılışında Ömürlük Nailiyyət Mükafatı ilə təltif olunacaq. Koppola eyni zamanda uzun müddətdir ki, həvəslə məşğul olduğu “Meqalopolis” (“Megapolis”) layihəsi üzərində çalışır.
Məqalənin orijinalını bu keçiddən oxuya bilərsiniz:
https://www.hollywoodreporter.com/movies/movie-news/francis-ford-coppola-dune-no-time-to-die-marvel-1235095972/
Aki.az