“Qanlı vəsiqə” sənədli filminin çəkilişləri başlayıb

“Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə “Qanlı vəsiqə” sənədli filminin çəkilişlərinə başlayıb. Film Birinci Qarabağ Müharibəsi qəhrəmanlarından olan kəşfiyyatçı Adil Rüstəmova həsr edilib.

Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib. Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub.1990-cı illərdə Zəngilana qayıdaraq “Ziya” adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə isə ayda 2.500 manat yardımlar edib. Daha sonra Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib. 1992-ci il dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə işgəncələrlə qətlə yetirilib. Məzarı Zəngilan şəhər qəbiristanlığındadır. Ölümündün sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Filmin yaradıcı heyəti: Rejissor Aydan Əhmədova, operator Rafiq Əliyev və Yağmur İbrahimov, bədii rəhbər Tahir Tahiroviç, prodüseri Aslan Abdullayevdir.

aki.az