Bəstəkar Ruhəngiz Qasımova vəfat edib

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib.

Ruhəngiz Qasımova 12 iyul 1940-cı ildə  Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

1960-cı illərdə dünya şöhrətli müğənni Rəşid Behbudovun ifasında “Anacan, dostum evlənir” mahnısı ilə şöhrət qazananan bəstəkar, onlarla populyar mahnı yazıb.

Onun musiqiləri arasında “Quyu” tamaşasına yazdığı musiqi (1995) və “Qızıl oğlan” musiqili nağılı (1999) xüsusilə se3çilir.

Yazıçı kimi də qələmini sınayan bəstəkar hekayələr müəllifi kimi də tanınıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub.

1970-ci ildə “Babamın muzeyi” adlı ilk hekayələr kitabı çapdan çıxır.

İlk pyesi “!Yollar görüşəndə” televiziya tamaşası olur. Tamaşanın musiqisi və librettosu da bəstəkarın özünə məxsusdur. Qazandığı ilk uğur onu sonralar bi çox pyeslər yazmağa səsləyir.

“Məzəli əhvalatlar”musiqili komediyası 1979-cu ildə səhnəyə qoyulur, daha sonra “Ömrün yolları”  və “Qonşu qonşu olsa” televiziya tamaşaları da tamaşaçılara təqdim olunur. Bu tamaşalarda bəzi mahnıları özü ifa edib, “Qonşu qonşu olsa” tamaşasında Cavan Zeynallı ilə ifa etdiyi duet hazırda da tez-tez efir dalğalarında səslənir.

R.Qasımova eyni zamanda Azərbaycan kinosu üçün də musiqi yazıb. İlk dəfə 1964-cü ildə “Reportaj haqqında reportaj” sənədli  filminə musiqi yazıb. Sonralar  “Danışan işıqlar” (1965) animasiya filminə, “Qızıl gül olmayaydı” (1965), “Bu, Səttar Bəhlulzadədir (1969), “Günəşlə dolu dünya” (1973), “İki Xəzər” (1975), “Rəşid Behbudov” (1975)  filmlərinə, eynin zamanda “Bizi dağlarda axtarın” (1976), “Möcüzələr adası” (1978), “Asif, Vasif, Ağasif” (1983), “Aşkarsızlıq şəraitində”(1986), “Alman klinikasına şəxsi səfər”(1988), “Tələ” (1990) və s. tammetrajlı bədii filmlərə də musiqi əsərləri yazıb.

Çoxsaylı mahnıların bəstəkarı Ruhəngiz Qasımovanın ölümündən kədərləndiyimizi bldirir, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririrk.

Allah rəhmət eləsin!

aki.az