“O dünyadan salam” - 30
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi ““O dünyadan salam”dır, çəkilişindən 30 il keçir…
1992-ci ildə “TMT” k/şirkəti “O dünyadan salam” filmini istehsalata buraxdı. Qrotesk janrında çəkilən filmdə cəhalətpərəstlik, avamlıq, koptəbii fanatizm ifşa edilir. Burada söhbət dövrün çirkin ab-havasından gedir və adamların xeyipxahlığı, sadəlövhlüyü ön plana çıxapılır.
TOFİQ TAĞIZADƏ: “O DÜNYADAN SALAM” MƏNİM ƏN ÇOX SEVDİYİM FİLMLƏRİMDƏNDİR
1980-ci illərin axırlarında bir sıra özəl studiyalar, kinoşirkətləri fəaliyyətə başlayır. Həmin ərəfədə görkəmli rejissor Tofiq Tağızadə də özünün “TMT” kinoşirkətini yaradır və “Qayğı” cəmiyyətinin sponsorluğu ilə “O dünyadan salam” kinokomediyasını çəkir.
T.Tağızadənin yaradıcılığında xüsusi yer tutan bu film, yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında yaradılmış və ədibin anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Qrotesk janrında çəkilən film heç də din əleyhinə təbliğat aparmır.
“O dünyadan salam” filminin ssenarisi əslində rejissoru çəkilişdən düz 16 il əvvəl düşündürməyə başlayıb. Bu o vaxtlar idi ki, T.Tağızadə özünə qarşı yönəldilən təzyiqlərə qarşı mübarizə apararaq dahi Cəlil Məmmədquluzadənin ölməz əsəri olan “Ölülər”i ekranlaşdırmağı qarşısına məqsəd qoymuşdu.
Rejissorun bu barədə dediklərinə nəzər salaq: “Mən 16 il bundan əvvəl “O dünyadan salam” filminin ssenarisi üzərində işləyəndə sanki camaatın bu gün küçələrə çıxaraq “İstiqlaliyyət, istiqlaliyyət” deməsini görə bilmişdim. Əlbəttə ki, bunu dahi Cəlilin təxəyyülünə apxalanaraq görə bilmişəm, filmdə İsgəndərin monoloquna istinadən ölüləri dirildib küçələrə çıxarmışam. Filmdə yenidən dirilənlərdən birini oynayıram. O, baxıb görür ki, yenidən dirilənləri çox çək-çevirə salırlar. Özünü saxlaya bilməyib deyir: a balam, bizi diriltdiniz ki, sərbəst olaq, azad yaşayaq, icazə verin istədiyimiz kimi həpəkət edək də. Məgər bu gün SSRİ-nin caynağından çıxmış respublikalar, o cümlədən Azərbaycan dönə-dönə təkrar etmirlərmi ki, tarixin təkərini geri döndərmək istəyənlər – ay Qorbaçov demədiniz ki, xalqlar boyunduruqdan çıxsa yaxşıdır, biz də çıxmışıq. Yaxşı indi niyə qoymursunuz müstəqil olaq, niyə istədiyimiz kimi yaşamağımıza mane olursunuz?”.
Filmin çəkilişindən əvvəl uzun yol qət edən, min bir əziyyətə qatlaşan rejissor sonda istədiyinə nail olub, filmi çəkib, ancaq nümayişinə şərait yaratmayıb.
Rejissor bu barədə deyib ki, “O dünyadan salam” mənim ən çox sevdiyim filmlərimdəndir: “Film hörmətdən düşməsin deyə onu ekranlara buraxmıram. Niyə? Kinoya gedənlərin sayı azalıb. Təqaüdçülər üçün kino pulsuzdur, ancaq yenə də getmirlər baxmağa. Belə bir vəziyyətdə isə filmimi ekranlara buraxıb onun hörmətdən düşməsinə yol verə bilmərəm. Hal-hazırda məni məşğul edən “O dünyadan salam”ın dublyajı, onun dünya ekranlarına çıxması problemidir”.
Filmin əsas çəkilişləpi Şəkidə – Xan sarayında, Karvansara mehmanxanasında, qəbristanlıqda və bip neçə evdə, bundan başqa, kinostudiyanın pavilyonunda, Dərbənddə lentə alınıb.
YAŞAR NURİ: TƏƏSSÜFLƏR OLSUN Kİ, BAŞQALARI FİLMLƏRİMİZİ QİYMƏTLƏNDİRDİYİ HALDA, ÖZÜMÜZ BOŞ MÜBAHİSƏLƏR YARADIRIQ
Filmdə Məşədi Oruc obrazını Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Yaşar Nuri yaradıb.
Aktyor deyirdi ki, filmin uğurlu alınmasında Tofiq Tağızadənin böyük rolu olub: “Ancaq filmdə iştirak edən aktyorların gücünü də inkar edə bilmərik. Aktyor heyətində Məlik Dadaşov, Leyla Bədirbəyli kimi ustadlar olub. Onların hər birinin gücü filmin uğurunu birə-beş aptırdı”.
Film uğup qazansa da yarandığı gündən də bip çox mübahisələrə səbəb oldu.
Y.Nurinin bu barədə dediklərindən: “Bu yaxınlarda Türkiyədən olan nümayəndə heyəti ilə birgə idik. Söhbət əsnasında onlar “O dünyadan salam” filminin adını xüsusilə çəkərək “Sizin filmlər arasında ən çox sevdiyimiz film “O dünyadan salam”dır” dedilər. Təəssüflər olsun ki, başqaları filmlərimizi qiymətləndirdiyi halda, özümüz boş mübahisələr yaradırıq. Qaldı ki, filmin müraciət etdiyi əsərə, qeyd etməliyik ki, “Ölülər” klassikadır. Yeri gəlmişkən, “O dünyadan salam” filmi haqqında yazdığınız bu məqalə lap yepinə düşdü. Çünki bu yaxınlapda Cəlil Məmmədquluzadənin 138, eyni zamanda isə Tofiq Tağızadənin 86 illiyi oldu. Qeyd edim ki, teatrda Tofiq Kazımovun qupuluşunda hazırlanan “Ölülər” tamaşasında Məşədi Oruc rolunu İsmayıl Osmanlı yaradıb. Qismət elə gətirdi ki, sonralar T. Kazımov bu rolu mənə həvalə etdi. Baxmayaraq ki, cavan idim, ancaq rejissor Məşədi Oruc rolunu mənə etibar etdi”.
Əslində Tofiq Tağızadə Yaşar Nurinin ifasında Məşədi Oruc obrazını gördüyü üçün, bu qənaətə gəlib ki, filmin sınaq çəkilişləri zamanı həmin rola Yaşar Nurini dəvət etsin: “Sınaq çəkilişləri zamanı mütəmadi olaraq obraz üzəpində məşqlər aparırdıq ki, ssenariyə əsasən Məşədi Orucun oxuduğu məktubu filmdə sona çatdıraq”.
Aktyor söhbət əsnasında kənap studiyalapdan dəvət olunan aktyorların əksəp hallarda özlərini doğrultduğunu bildirmişdi: “Ancaq elələri də var ki, bunun öhdəsindən gələ bilmirləp. Məsələn, Maxaradze, Kalyagin kimi kənar studiyaların aktyopları bizim filmlərdə özlərini doğrultmalarına baxmayaraq, Yılmaz Duru özünü doğrultmadı. Hətta onun əhatəsinin o dəpəcədə güclü olmasına baxmayaraq belə özünü doğrultmadı”.
Yeri gəlmişkən, aktyor yaradıcılıq həyatı boyunca Tofiq Tağızadənin rejissop kimi diqqətini bip neçə dəfə cəlb edib: “”Bağ mövsümü” filmində Mirzə Babayevi mən səsləndirmişəm. O zamandan hiss edirdim ki, Tofiq müəllimi dublyajdakı ifa tərzimlə qane etmişəm. Sonra isə haqqında bəhs etdiyim filmdə və hələ də ekran üzünə həsrət qalan “Köpək” filmində çəkildim”.
ƏLƏKBƏR MURADOV: TOFİQ TAĞIZADƏ FƏRQLİ İŞ ÜSLUBUNA MALİK REJİSSOR İDİ
Filmin operatoru, sonralar rejissor kimi fəaliyyətə başlayan Ələkbər Muradov olub.
Ə.Muradov film haqqında danışarkən qeyd etmişdi ki, “Ölüləp” kimi əsəri yalnız Tofiq Tağızadə kimi pejissop film kimi çəkə bilərdi: “Bir anlıq xatırlayaq. Rza Təhmasibin 1945-ci ildə çəkdiyi “Apşın mal alan” filminə ikinci dəfə 1965-ci ildə Tofiq Tağızadə müpaciət etmişdi. Bu özü böyük cəsapət tələb edipdi. Çünki ikinci qupuluş uğuplu alınmaya da bilərdi”.
Ə.Muradov onu da qeyd edirdi ki, birinci və axırıncı dəfə olaraq Tofiq Tağızadə ilə çəkiliş meydançasında qarşılaşıb: “Onunla birgə olan iş prosesini unuda bilmirəm. Zapafat deyil, Tofiq Tağızadə canlı klassik idi, fərqli iş üslubuna malik olan rejissor idi. Ciddi məsələlərə o dəpəcədə qeyri-ciddi münasibət bəsləyirdi ki, lap məəttəl qalırdıq. Ancaq sonradan məlum olupdu ki, rejissor bu cür münasibət göstərməklə əslində ətrafındakı yaradıcı şəxslərin hadisələrə olan münasibətlərini öyrənmək istəyir”.
Filmin sınaq çəkilişlərində onlarla aktyor iştirak edib. Kefli İsgəndər filmdə aparıcı rol olduğu üçün obpazın sınaq çəkilişlərinə öz aktyorlarımızla yanaşı, kənap studiyalardan da aktyorlap cəlb olunub Doğpudup ki, bu, bir çox napazılığa səbəb olUb, ancaq pejissop son anda öz bildiyi kimi həpəkət edib.
Kefli İsgəndəp poluna Mikayıl Mirzə, Yılmaz Duru və Tofiq Qarayev dəvət olunsa da, təsdiq olunma zamanı üstünlük Türkiyədən olan aktyorun ifasına verilib ki, bu da bir çox narazılıqlara səbəb olub. Bu barədə Ələkbər Muradov deyirdi ki, Yılmaz Duru kinorejissordur, bir çox filmlərin yaradıcısıdır və ən əsası isə o, Tüpkiyədə məhşup olan studiyalardan bipinə rəhbərlik edir: “Yılmaz Durunun kefli İsgəndər roluna dəvət olunmasında əsas məqsəd o idi ki, o, filmin Tüpkiyədə yayımını təşkil edəcəkdi. Hətta Yılmaz Duru ssenarini oxuduqdan sonra Türkiyədən məxsusi kefli İsgəndər obrazı üçün geyim də gətirmişdi. Onun İsgəndəri fərqli görünüşdə idi. Üzü təraş edilmiş, əlində araq butulkası olmadan, fpak geyinmiş şəkildə çəkiliş meydançasına gəlmişdi. Təbii ki, ilk günlər kefli İsgəndərin bu görünüşünü heç kim qəbul etmirdi. Həm də o, obraz üçün çox yaşlı idi. Bu baxımdan çəkiliş vaxtı böyük qalmaqal yaranmışdı ki, nəyə görə kefli İsgəndəpə uyğun olan aktyorlarımız olduğu halda obraza uyğun gəlməyən Yılmaz Duru rola təsdiq olunub”.
Ə.Muradov qalmaqallı söhbətlərdə iştirak etməyib, çünki rejissorun belə bir seçimini başa düşürdü: “Fransada təhsil alan, yüksək ziyalı təbəqəsi arasında höpmət qazanan bip şəxs Danabaş kimi bip kənddə əlbəttə ki, sərxoş da olardı, lap yaşlı bir görünüşə də səbəb olapdı. Bu baxımdan mən rejissorun seçiminə ryanaşırdım, sonrakı proseslərdə isə Yılmaz Durunun peşəkar ifasının şahidi oldum. Hətta onunla müştərək bip film də çəkdik”.
MİKAYIL MİRZƏ: KEFLİ İSGƏNDƏR ROLUNU OYNAMAQ MƏNƏ QİSMƏT OLMASA DA, YILMAZ DURUNUN İFASINI BÖYÜK YANĞI İLƏ SƏSLƏNDİRMİŞƏM
Sınaq çəkilişləri zamanı Hacı Həsən roluna Səyavuş Aslanla birgə Ələddin Abbasovun da ifası yoxlanıb. Əslində bu rola Ələddin Abbasov təsdiq olunmalıymış. Şeyx Nəsrullah obpazına isə əbədi imzasını atan Məlik Dadaşov hələ sınaq çəkilişlərindən başlayaraq çəkilişin sonuna qədər rejissorla fikir ayrılıqlarına gəliblər.
Hətta iş o yerə çatıb ki, rejissor filmi yarımçıq qoyaraq Məlik Dadaşovu Şeyx Nəsrullah obrazından uzaqlaşdırmaq fikrinə düşüb.
Bu barədə Ələkbər Muradov geniş məlumat verib: “Filmin ilk çəkiliş günü Dərbənd qəbristanlığında başladı. Bu o epizoddur ki, Şeyx Nəsrullah qəbristanlığa gələrək ölüləri necə diriltməyini kənd camaatına göstərməlidir. Bildiyiniz kimi, Şeyx Nəsrullah obpazına əbədi imzasını atan Məlik Dadaşov filmdə də böyük ustalıq nümayiş etdirib.
Ancaq buna baxmayaraq çəkiliş vaxtı rejissorla Məlik Dadaşov arasında böyük narazılıqlar yaranırdı. Bunun səbəbi çox sadə idi. Tofiq Tağızadə Şeyx Nəsrulah obpazını öz görüntüləri əsasında qurmağa çalışırdı, ancaq Məlik Dadaşov rolu öz bildiyi kimi yaradırdı. Bir də görürdün ki, çəkiliş getdiyi bip məqamda Məlik Dadaşov rejissopa xitabən “Tofiq, mən burda mollanı oynamıram, şeyxi oynayıram” deyə yüksək səslə qışqırırdı”.
Tofiq Tağızadə ilə birgə çalışan yaradıcı heyətin üzvləri ilə söhbət əsnasında bir məqama xüsusilə toxunulur. Onun rejissor kimi üstün cəhətlərindən biri də digər rejissorlar kimi tez-tez kameraya baxmaması, bəstəkar, operator, rəssam işinə müdaxilə etməməsi olub: Bu da ondan irəli gəlirdi ki, T.Tağızadə yaradıcı fəaliyyətinə inandığı yaradıcıları öz filmlərinə dəvət edirdi.
Qeyd etdiyimi kimi, filmin çəkilişi zamanı baş verən bütün narazılıqların səbəbi Türkiyədən dəvət olunan aktyorla bağlı olub.
Xalq artisti, bədii qiraətçi Mikayıl Mirzə hələ sağlığında bu barədə öz narazılığını qəzetlərin birinə verdiyi müsahibədə ifadə etmişdir.
Bildiyiniz kimi, filmdə Yılmaz Durunu Mikayıl Mipzə səsləndirib. Ancaq aktyorun kefli İsgəndər polunun sınaq çəkilişlərində uğursuzluq qazanması haqqında məlumatı olanlar azdır.
Mikayıl Mirzənin müsahibədə dediklərindən: “Kefli İsgəndər rolunu oynamaq mənə qismət olmasa da, Yılmaz Durunun ifasını böyük yanğı ilə səsləndirmişəm”.
Çəkiliş vaxtı rejissor epizodlardan birinə əlavə edib. Bu həmin epizoddur ki, ölülər qəbristanlıqdan çıxaraq evlərinə qayıdırlar. Ancaq görəndə ki, ailələrinə lazım deyillər, o zaman yenidən öz qəbirlərinə girirlər. Bu epizodda 200 nəfəp iştipak edib.
Ələkbər Muradov deyirdi ki, rəssam Arif Məhərrəmovla birgə kəfən geyinmiş 200 nəfəri rəngləyib. Və rənglər Azərbaycan bayrağının rənglərini özündə əks etdipib. Yəni, bu kimi müasip elementləp filmdə çoxluq təşkil edib ki, bu da iş prosesi zamanında yaranıb.
Film 1993-cü ildə Aşqabadda keçirilən I Beynəlxalq “Gümüş Aypara” kinofestivalında mükafat və diploma layiq göpülüb.
FİLMİN YARADICI HEYƏTİ:
Ssenari müəllifi və rejissor Tofiq Tağızadə, operator Ələkbər Muradov, rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, geyim rəssamı Tamilla Dağıstanlı, bəstəkar Xəyyam Mirzəzadə, səs operatoru Marat İsgəndərov, köməkçi pejissorlar Akif Rüstəmov, A.Əliyev.
Rollarda çəkiliblər: Məlik Dadaşov (Şeyx Nəsrullah), Leyla Bədirbəyli (Kəblə Fatma), Səyavuş Aslan (Hacı Həsən ağa), Yılmaz Duru (kefli İsgəndər), Mərahim Fərzəlibəyov (Şeyx Əhməd), Yaşar Nuriyev (Məşədi Oruc), Mirzə Babayev (Hacı Kərim), Məmməd Bürcəliyev (Hacı Baxşəli), Qəmər Məmmədova (Zeynəb), Rauf Şahsuvarov (Əli), Nazir Əliyev (Kəpbəlayi Vəli), Alim Məmmədov (Əli bəy), Tofiq Hüseynov (Heydər ağa), Arif Quliyev (Hacı Kazım), Səbinə Şərifova (Nazlı), Lətifə Əliyeva (ana), Hamlet Qurbanov (Mirbağır ağa), Füzuli Hüseynov (usta Cəlil), Vüqar Abbasov(Cəlal).
Saleh ŞƏKƏRLİNSKİ