Kino Evində mədəni yaddaşımız yeniləndi

“Özünə tapınanlar və toplum vurğunları: Şəhərin mənzərəsi “ başlıqlı tədbirin moderatorları kinoşünas, ssenarist, analitik Toğrul Cuvarlı və filosof, kinoşünas Rəhman Bədəlovun gözü ilə Bakı, onun qəhrəmanları, simvollara çevrilən personajları haqqında söhbət açıblar. Mədəni yaddaşın vacibliyini önə çəkən Rəhman Bədəlov, bu yaddaşın həmçinin konyunktur, ofisioz buxovlardan azad olmasının da vacibliyini qeyd edib. Görüşün qəhrəmanları, moderatorların nəzərincə Sovet konyunkturasına qarşı müqavimət göstərməyə cəhd edən ziyalılar Elçin, Kamal, Tofiq Aslanov qardaşları və görkəmli ədəbiyyatşünas Məmməd Arifin oğlu, alim, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olmuş Araz Dadaşzadə oldu. Adı çəkilən alim və sənətkarlar Sovet mühitində öz dəyərlərini qoruyub, ümumi maraqlara, mədəniyyət və elmimizin inkişafına töhfə vermişlər. Konyunkturaya müqavimətdə olan insanlar haqda yaddaşın yenilənməsi tədbirin əsas hədəflərindən idi. Məhz belə insanlar mənəvi sağlam mühitin formalaşmasına xidmət edir.

aki.az