“Ölən dünyanın yaddaşı” filminin təqdimatı keçirilib
Dekabrın 24-də Gəncə şəhərində “Ölən dünyanın yaddaşı” filminin təqdimatı keçirilib.
ARB televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsal etdiyi film Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə çəkilib.
Qeyd edək ki, “Ölən dünyanın yaddaşı” filmi Gəncə şəhər ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və yaradıcı heyətə süallar ünvanlanıb. Filmin rejissoru Arif Əliyev və bədii rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Əliyev tamaşaçıların suallarını cavablandırıblar.
Tədbirdə, yazıçının övladları Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və jurnalist Fərrux Şıxlı, eləcə də professor Qulu Məhərrəmli, bəstəkar Vaqif Gərayzadə və Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk də iştirak ediblər.
Xatırladaq ki, filmin ssenari müəllifi və rejissoru Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, montajçısı Pərviz Səlimov, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Əliyev, prodüseri İqbal Məmmədəliyevdir. Filmdə Azərbaycan əsilli Türkiyə aktrisası Nəsrin Cavadzadə də rol alıb.
Tədbvir “Cavad xan” fondunun təşkilatçılığı və Cinema Plus-un dəstəyilə Gəncə Mall Cinema Plus-da təşkil olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı