Mədəniyyət Nazirliyi müsabiqənin nəticələrini elan etdi

Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin 1 noyabrında elan olunan bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri məlum oldu.

Xatırladaq ki, müsabiqə, ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilib. Məqsəd dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, eyni zamanda milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etməkdən ibarətdir. Kinematoqrafçılar tərəfindən maraqla qarşılanan müsabiqəyə 90-dək azbüdcəli tammetrajlı bədii, uşaq mövzusunda bədii, qısametrajlı bədii və animasiya filmlərin ssenarisi təqdim olunub və artıq onların arasından seçimlər edilib.

Yeri gəlmişkən, dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub. Bundan başqa, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələri keçiriləcək.

Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, müsabiqənin münsiflər heyəti aşağıdakı film layihələrini seçiblər:

Tammetrajlı bədii film

“Olimpiya” – Rüstəm Babazadə

“Zamandan kənarda” – Yavər Rzayev

“Ata” – Fariz Əhmədov, Esmira Əyyub

“Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev

Qısametrajlı bədii film

“Borc” – Ülviyyə Heydərova

“Snayper” – Əyyub Qiyas

“Buludlar” – Behzad Əhmədov

“Yonca tarlası” – Bəhruz Mustafayev

Animasiya filmi

“Tıq-tıq və dostları möcüzələr axtarışında – 2” – Sultan Abbasbəyli

“Dostum Mimi” – Reyhan Yusifqızı

“Sehrli planşet” – Vüqar Haqverdiyev

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı